💜Club5050💜THE DIARY GAME Better Life.|| Hər kəsə yox deyəndə Part 2|| (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Hər kəsə salam. Necəsiniz ? Ümid edirəm ki, hər şey əladır.
Bu gün illər əvvəl var olan və heç vaxt var olandan doğan başqa bir qrup olmayan Aşıqlar qrupu ilə tanış oldum.
Klip və mahnının əsrarəngiz harmoniyasını gördükdə düşündüm ki, bizim hal-hazırdakı tərzimizdən qat-qat müasir bir mahnı qrupu varmış . Kaş ki yenidən var ola ...
Keçid edək mənim yazdığım hekayə bölümünün ikinci hissəsinə .

IMG_20220526_135940.jpg

                     **Part 5**

-Hə, indi başdan kim danışsın ?Mən deyim yoxsa sən? Ya da elə mən danışım. Görürəm halın yoxdu danışmağa .


  • Deməli ,mən Orxanla ilk dəfə sahildə səsini başına atdığı yerdə tanış olmuşam.
  • Düz əməlli danış ,ə.

Hadisədən üç il əvvəl ..

Orxan anasının qəfil vəfatından sonra ağır depressiyada olarkən yaxınları ona psixoloqa getməyi məsləhət gördülər. .Anası öldüyü vaxt evə gəldiyində bir neçə dəfə səsləsə də ,ona cavab vermədiyini görüb narahat halda yataq otağına daxil oldu. Bir qolu yatağın küncündən sallanan ,başı isə salannan qolun üstünə düşmüş halda görən Orxan cəld anasının nəfəs alıb almamasını yoxladı .Artıq nə hərəkət edə,nə də nəfəs ala bilirdi.
O, anasının qəflətən deyil ,qəsdən atasının qumar borclarına görə başqa kəslər tərəfindən öldürüldüyünü düşünürdü . Cəsədə baxış keçirdən ekspertlər heç bir boğulma izlərinə və ya başqa bir şeyə rastlamadıqlarını,şəxsin damar tromblaşması səbəbindən infakt keçirərək vəfat etdiyini bildirdilər. Bir neçə gün sonra evə qayıdanda ağlından yataq otağına göz gəzdirmək fikri keçdi. Bütün otağa baxdıqdan sonra təsadüfən çarpayının küncündə iynə başlığını bağlayan qapaq gördü.Artıq şübhə dolu hisslər o gündən bəri onu təqib etməyə başlamışdı.Atasının isə anasının yasından bəri ortalıqda olmaması içindəki şübhələri artırırdı . Psixoloqa aylarla səssiz qaldığını və bir kəlmə belə edə bilmədiyini, içərisindəki şübhələr üzündən ortaya çıxan narahatçılıqların içini yeyib bitirdiyini hönkürə-hönkürə danışdı.İçindəki bütün narahatçılıqları söküb atmaqçün qışqırmaq istəyirdi amma buna gücünün olmadığını psixoloqa bildirdi.Psixoloq isə cavabında özünü bu qədər sıxmamasını və bir dəniz kənarına gedib rahatlaşmasını söylədi. Orxan psixoloqla söhbətini bitirən kimi sahilə üz tutdu və ağlayaraq içində ilişib qalan nə varsa ,hönkürərək dənizə tökdü .
Bu vaxt oradan keçən Vəkil Orxanın intihar edə biləcəyini düşündü və qaçaraq üstünə atıldı.

  • Burax məni ,nə edirsən ?
    -Sən intihar edəsən,mən də durub baxacam ?
    -Nə intihar ? Xarabada imkan da vermirlər ,e ,rahat nəfəs alaq. Mən özümü öldürməyə gəlməmişəm.
  • Hə, hə. Ona görə qışqırıb dənizin az qala ortasına kimi gəlmisən ?
  • Sən nə danışırsan a? Burax məni görüm .

Bir az keçdikdən sonra aralarındakı xaos dolu danışıqları dəniz qədər sakit hal almışdı. Orxan vəziyyəti Vəkilə izah etdikdən sonra sahildən uzaqlaşmaq istədi.

  • Görürəm , yavaş-yavaş getməyi planlaşdırırsan . Bilmək olar ,tam olaraq niyə bu hala gəlmisən?
    -Guya desəm nə dəyişəcək ki?
  • Bunu yalnız sən danışandan sonra bilmək olar .
    -Anamın ölümündən şübhəliyəm. Ekspertlər anamın sadəcə infakt keçirtdiyinə görə öldüyünü deyirlər ammabuna inanmıram. Çünki anam çox sağlam bir qadın olub. Durduq yerə insanın qanı birdən -birə niyə tromblaşsın ki?
  • Hmm. Bəs özün araşdırmalar etmisən ? Şübhəli bildiyin kimsə və ya kimsələr varmı?
  • Əslində var amma onları həbs etdirə biləcək sübutlarım yoxdu.
  • Yaxşı, gəl bu barədə daha geniş danışarıq. Al bu kartı ,nə zaman danışmaq istəsən yığarsan.

Orxan kartın üzərindəki yazını səsli şəkildə oxudu.
-Maviqızılgüllər ?

  • O bir koddur . Bunu unutma .
  • Heç adını bilmirəm sənin . Adın nədi ? Nə işlə məşğul olursan ?
  • Mənə Vəkil deyə xitab edə bilərsən. İkili ixtisasım var. Gecələr Maviqızılgüllər qrupumla oluram,gündüzlər isə apellyasiya məhkəməsində bir qohumum sayəsində vəkillik təcrübəsi keçirəm. Azərbaycanda vəkil işləmək üçün ən az 3 il iş stajın olmalıdır .
  • Niyə adını gizli saxlayırsan ? Maviqızılgüllər qrupunla nə edirsən ki?
  • Adımı əslində gizlətməyimin elə də böyük səbəbi yoxdur . Sadəcə olaraq, sənə indi desəm gülməli gələ bilər. Yeri gəlmişkən , bizim qrup illegal sayılan lakin bir çoxlarını xilas edən legal işlə məşğuldurlar. Hətta sənə belə əlimizdən gələn hər köməkliyi edərik. Görürəm, hadisələri analiz etmək baxımından çox yaxşısan . Səni aramızda görmək istəyirəm . Üstəlik,qrupumuza qoşulsan biləcəksən adımı .

Orxan bir az tədirgin olsa da , anasının kimin öldürdüyünü tapmaqçün əlinə keçmiş şansı geri çevirə bilməzdi və bu haqqda düşünməkçün özünə zaman tanıdı.
Bir neçə gün sonra cəsarətini toplayıb ona verilən kartdakı nömrəyə zəng vurdu . Vəkil, sanki, şahmat taxtasında qarşı tərəfdən olan atın hər bir gedişini hesablamış kimi özündən əmin şəkildə danışmağa başladı və gecə hara getmək lazım olduğunu ona başa salırdı.
Alaqaranlıq bir vaxtda izi- tozu bilinməyən bir emalatxanaya çağrılan Orxan ,hər tərəfdə fərqli qurğular ,divarda tanımadığı insanların şəkli və yazılar,3 nəfərin dəli kimi kompüterdə nəyəsə gözünü qırpmadan baxmasını gördükdə, bir anlıq vahiməyə qapıldı. 3 nəfərdən biri kompüterdən bir anlıq gözünü çəkib arxaya doğru gəriləndə gözünə Orxan sataşdı və kim olduğunu soruşdu.
-Məni bura Vəkil göndərib . Adım Orxandı .
-Vəkil? O kimdi?

Sort:  
 2 years ago 

Davamını gözləyirik😊

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60122.55
ETH 3199.29
USDT 1.00
SBD 2.43