💜Club5050💜 // THE DIARY GAME Better Life.|| Ekspoda bir gün ||(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Hər kəsə salam ,Əziz steemitçilər . Son vaxtlar ruhən yorğun olduğum üçün sadəcə günümün bir çox hissəsini yatmaqla keçirirəm. Dünən, dostlarımın israrı ilə bir təhər məni sərgiyə aparıblar.
Sərgiyə getməmişdən əvvəl öz qrupumuzda olan bir qızı gözləyə -gözləyə gələcəkdə nə olacağı ilə bağlı uşaqlarla müzakirə edirdik. Master imtahanının yerinə ielts-ə hazırlaşmaq lazım olduğunu dəfələrlə vurğulayan dostum , bizi Master imtahanı verməyimə sözün əsl mənasında peşman etdi. Əslində, dərindən düşünsək , Azərbaycandakı Master təhsili təhsil sayılmır amma iş yerlərində tələb edirlər. Üstəlik , hər şey bir qırağa imtahanda sualların çətinlik dərəcəsinə də 1 bal verirlər , asan olan da. Bu nə dərəcədə ədalətlidir ki? Biz üzərində daha çox əziyyət çəkdiyimiz mətnin məntiqi təhlili üçün daha çox əziyyət çəkmək məcburiyyətində qalırıq. Aldığımız nəticə isə 1 bal olur. Mənə görə kurikulum sistemi daha əlverişli və ədalətlidir. Yazdığımız məsələnin həll cavabı səhv olsa belə, həll metodikasına görə müəyyən bal verilir. Ümid edirəm bizdən sonrakılar bu qədər əziyyət çəkməz. Nəysə, keçək Ekspoya.

IMG-20220602-WA0073.jpg

Bir çox şirkət və şirkət nümayəndələrinin toplaşdığı Ekspo mərkəzində tələbələrin iştirakı və maraq dolu baxışlarını hər yerdə görmək mümkün idi. İlk yaxınlaşdığımız şirkət , qrup uşaqlarıyla mənim sevdiyimiz BP şirkəti oldu. Nümayəndə o qədər səlist və gülərüz danışırdı ki, adamın tez bir zamanda bu şirkətə girib mehriban insanlarla birgə işləyib ,böyük uğurlara imza atmağı gəlirdi . Vaxtilə hələ söhbəti gedən platformaları, bu il inşa edildi və dənizə göndərilməyə hazır şəkilə gətirilib . BP Bursary Program sayəsində hər şeydən qabaqcadan xəbərimizin olması,bizi bir ayrı sevindirmişdi. Platformadan əlavə , Cəbrayıl rayonunda günəş enerjisindən istifadə üçün panellər hazırlanıb . Qısacası, BP yenə möhtəşəm layihələri ilə göz qamaşdırırdı.

IMG-20220602-WA0059.jpg

Bizim dədə-baba ocağımız kimi sayılan SOCAR-a şirkətlərindən birinə yaxınlaşdıq. Virtual eynəklər gətirmişdilər və bizə həmin eynəklər vasitəsilə xaricdə olan platformalarla tanış etdilər. Həyatımda ilk dəfə idi elə bir eynəkdən istifadə edirdim və çox qəribə hisslər oyatmışdı məndə. Normalda real olaraq , Sanqaçaldakı terminalı avtobusun içində gəzmişəm lakin bu qədər yaxından virtual şəkildə görəcəyimi ağlıma belə gətirməzdim. Nə əcəbsə , SOCAR virtual eynəklərlə gözümüzdə bir az yüksəldi.

IMG-20220602-WA0060.jpg

Keçid etdik Təmizqaz şirkətinə .
Şirkət nümayəndəsi bizə müxtəlif qaz sızmalarını ölçən cihazları göstərdilər . Daha sonra ixtisasımızla bir neçə sual verməklə bərabər təcrübəmizin olub-olmamasını soruşdu. Biz də Adnsu tələbələri olaraq normal təcrübəyə göndərilmədiyimizi və bizi göndərdikləri yerin çöllükdən başqa bir şey olmadığını açıq şəkildə dedik. Adam bizim halımıza baxıb təəccüb hissiylə , öz şirkətlərinə başqa universitetlərdən gəldiyini və yaxşı təcrübə keçdiklərini dedi. Və bizə yenidən təcrübəyə gələn tələbələr olanda bizi də tələbələrlə birgə təcrübə sahələrinə gedə biləcəyimizə dair vədd verərək əlaqə nömrəsini verdi. Gözlənilməz addım idi həqiqətən də. Nə qədər doğru olub olmadığını gələcəkdəki günlərdə biləcəyik onsuz.
Ən son yaxınlaşdığımız şirkət isə SOCAR Türkiye idi. Biz adamla bir az söhbət etdikdən sonra əlaqə nömrəsinə cv-lərimizi göndərməyimizi istədi . Türkiyədə təcrübə proqramına görə cv-lərimiz uyğun gəlsə, Azərbaycana bye-bye deyəcəyik. Tək çarə səbrsiz davranmadan cavabı gözləmək olacaq.
Ümid edirəm,biz tələbələr 4 il çəkdiyimiz çilənin bəhrəsini görərik.

Sort:  
 2 years ago 

Möhtəşəm sərgi olub. Bunu mənə uzaq keçmişi xatırlatdı. 2002-ci illər olardı.7-8ci sinifdə oxuyardım. Tam dəqiq yadımda qalmayıb. Türk Özəl Liseyinin tələbə və şagird heyətinin təsis təşkil etdiyi tədbirdə iştirak etmişdik. Məktəbdə küllü-külfətli yığışıb getmişdik. Orada gördüklərim indikilərin yanında heçnə idi. Amma aradakı il məsafəsini nəzərə alsaq orada gördüklərimiz o zamanlarda inkişafımız üçün çox böyük nəaliyyətlər idi. Adam pultlu oyuncaq maşının idarəetməsini PC klaviaturasına yönləndirmişdi. İndi düşünəndə ki, o qədər də mürəkkəb deyil amma o dövr üçün bir EVRİKA idi... Məktəbimizin kimya,fizika, biologiya, zoologiya təcrübə otaqlarındakı ləvazimatlar bəlkə də yolumuzu səbrsizliklə gözləyirdi. Bizə qalan Nə zamansa bunlardan istifadə edə biləcəyik? Və necə?🤔 kimi fikirlərlə ləvazimatla dolu rəflərə və şkaflara baxar yanlarından ötmək keçirdi...Məncə bu nəsildən-nəslə ötürmədir. Biz də çox demişik ki, ümid edirik bizdən sonrakılar nəsə bir gün görərlər... Ümid edirəm haqqınızda xeyirlisi nədirsə o da olar. AMİN İNŞƏƏALLAH 🤲

 2 years ago 

Amin🤲

 2 years ago 

Thanks Bro🙏

 2 years ago 

Biz də müəyyən yaşda sizin düşündüyünüz kimi deyəcəyik ahaha. Buna əminəm. Çox sağ olun oxuduğunuz üçün 💜🌼

 2 years ago 

O vaxta qədər vəziyyət düzələr İNŞƏƏALLAH🤲 Buyurun xoşdur.

 2 years ago (edited)

Have a nice day... you presented nice way...best of luck 😊🙋‍♂️

 2 years ago 

Thanks a lot .Thanks for reading.🌼

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59876.72
ETH 3191.77
USDT 1.00
SBD 2.43