💜 Club5050💜 Sentyabrlı günlər //THE DIARY GAME Better Life.|| (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Hər kəsə salam . Ümid edirəm ki, gününüz qəşəng keçir . İki gündü söz verib yaza bilmədiyim postumu axır ki bu gün yaza bilirəm. Keçən postumda boğaz ağrımla bağlı yazmışdım. Bu gün deyə bilərəm ki, tamamən turp kimiyəm . Zəncəfil acıdır deyə yeməyən mən , xəstəlik canımdan tez uzaqlaşsın deyə alma kimi yeməyə başladım. Vaxtilə soğanla acı bibərə qarşı da belə edirdim . Çox yedikcə dadının elə də pis olmadığının fərqinə vardım. Hətta deyim ki, zəncəfilli çaya bir iki damla limon suyu əlavə etsəniz dadı çox qəşəng olur və içməli hala gəlir. Əvvəllər həftələrlə xəstə olan mən, hər gün alma kimi zəncəfil yeməkdən heç bir gün çəkmədi ki boğaz ağrılarım yox oldu. Və özümü daha da enerji dolu hiss etməyə başladım .
IMG_20220912_131756_1.jpg

Sentyabrın gəlişi dərdli -sərli olsa da,magistr və koreya dili dərslərim başladı.
Dünən yenidən öz universitetimə gedəndə düşündüm ki, 4 il əvvəl bura ilk dəfə ayaq basanda o qədər həyəcanlı olan halımdan əsər əlamət qalmayıb. Buna baxmayaraq əvvəlki qrup yoldaşlarımla eyni universitetə düşməyin bir ayrı ləzzəti oldu. Ayrı ixtisaslarda oxumağımıza baxmayaraq ,sanki, hal -hazırda bir yerdə oxuyuruq kimi hiss edirdik. Uzun söhbət sonra yadımıza düşdü ki, dərsə 6 dəq qalıb . Bir təhər qapıdan keçib , otaqlarımıza getdik.
Yeni qrup yoldaşlarımla tanış oldum. Hər biri mehriban görünürdülər, hələki. Niyə "hələki "deyirəm ?
4 il əvvəl hər kəsə qarşı ilk baxış bucağımda mehriban olacaqları ilə bağlı fikirlər vardı. Sonradan hər şey tamamilə dəyişdi deyə məyus olmuşdum ,açığı. 4 il sonra eyni məyus olmaq hissi məni tapmasın deyə ehtimalla yanaşıram məsələyə.
Müəllimin yolunu gözləməkdən yorulduq və gözləməyin mənası olmacayağını görüb universitetdən evə doğru yol aldıq.
IMG_20220912_131633_1.jpg

Magistrın başlaması ilə bərabər koreya dili dərslərim də başladı. Seconq institutu öz ölkəsinin mədəniyyətini və dilini bütün dünyaya tanıtmaqçün külli miqdarda sərmayə ayırır. Həqiqətən də təqdirə layiq bir hərəkətdir. Mənim də bir arzum öz ölkəmi koreyada tanıtmaqçün əlimdən gələni edəcəm. İstəyirəm ki, bizim də ölkə daha yaxşı tanınsın Asiya ölkələrində. Bir ümidlə bu postu sonlandırıram. 💜

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 70805.12
ETH 3799.35
USDT 1.00
SBD 3.43