💜Club5050💜Qızıl zəng yubileyi //THE DIARY GAME Better Life.|| (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Hər kəsə salam. Ümidvaram ki, həyatınızda hər şey yolundadır , özünüzü keçən günə nisbətdə daha çox sevməyə başlamısınız.
Bakı Seconq institutunda oxuduğum gündən bəri həyatımda bir sıra maraqlı anlar oldu . Ən əsası da kurs uşaqları və mənim çox şirin xarakterli müəllimimin xoş münasibətləri stressi, yorğunluğu aradan qaldırır.
Dünən, yəni ,7 oktyabr tarixində Azərbaycan və Koreyanın 30 illik dostluq və diplomatik əlaqələri münasibətiylə Bakı Dövlət universitetində "Qızıl Zəng "adlı yubiley keçirildi.
Yubiley üçün təşkil olunmuş proqramda Seconqun vitze prezidentinin çıxışı , rəqs , oyun və ödənişsiz yemək vardı. Proqram yer almış Kpop rəqsi şəhidlərə görə ləğv edildi. İlk olaraq Seconqun vitze prezidenti Azərbaycan və Koreyanın 30 illik dostluq münasibəti ilə bağlı öz təəssüratlarını bölüşdü .

IMG_20221007_144128.jpg

Daha koreyaya məxsus söz oyunu keçirildi. Oyunda iştirak edən tələbələr koreya dilini yüksək səviyyədə bilən şəxslər idi. Çətin keçən oyun anında qazanan üç xanımın birinci olanına vitze- prezident tərəfindən kompüter , ikinci olana bdu-nun prorektoru tərəfindən kompüter, üçüncü olana isə telefon hədiyyə edildi.
Oyun bitdikdən sonra çəkilən xatirə şəklinin ardından koreyaya məxsus yeməkləri dadmaq sırası gəlmişdi. O qədər çox insan vardı ki, bir anlıq dedim bizə sıra çətin çata .

IMG_20221007_154755.jpg

Bir təhər də olsa, yeməkləri götürüb birlikdə söhbət edə edə yeməyə başladıq. Yeməklər bitəndə də qabağımıza çıxan koreyalı ilə şəkil çəkdirdik. Ən axırıncı şəkli koreyalı Dragon şirniyyatı hazırlayan aşpazla çəkdik. O qədər şirin insanla qarşılaşmağım günümü daha da gözəlləşdirmişdi . Şəkil çəkdiyimiz əsnada aşpaz bizə " Mən BTS deyiləm amma oxşaya bilərəm" deyib güldürmüşdü.
Yenidən onları görmək və bir yerdə olmağı çox istərdim.

Hələ şirin müəllimimlə də şəkil çəkdirəndə həyat yoldaşına "Əzizim sən get ,şəkil çəkib gəlirəm "deyib qışqırması bir ayrı şirinlik idi.😍😂

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59479.71
ETH 3174.48
USDT 1.00
SBD 2.44