💜Club5050💜 🌼Hər kəs yox deyəndə🌼 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago
  • Odu. O idi .

  • Nə o idi Adsız?
    ***
    Təcili yardım maşınının səsini eşidəndə hər kəsi itələyərək , pəncərəyə tərəf qaçdı. Maşının gedişini izlədikcə itib batmış xatirələr arasından baş qaldıran həmin hadisə həyatında baş vermiş və ya verəcək bütün hadisələrə açar rolunu oynayırdı . Yunisin çiyninə toxunmasıyla xatirələrdən uzaqlaşdı.

-Adsız, danış görüm , nədi məsələ?

-Mən uşaq olanda , atam bir xəstəxanada təcili yardım maşınının sürücüsü olaraq işləyirdi.Bir gün atamdan xahiş etdim ki, məni də maşında bir dəfə gəzdirsin. Həmin gün xəstəxanaya getməkçün piyada yolu keçməliydik. Ani olaraq , qeyri- ixtiyari şəkildə motosiklı sürən şəxsə, yanımızda saxladı. Motosikldan düşən adam atamla mübahisə etməyə başladı. Sonra qəribə bir şəkildə qara torbanın içərisindən gül çıxarıb atama verib , getməmişdən əvvəl başıma sığal çəkərək heç də xoş olmayan şəkildə güldü. Həmin sığal çəkən adam elə Şəhriyarın özü idi. Gül isə mavi rəngdə.

-Gülün nə əlaqəsi var? Sən əminsən ki, gördüyün adam Şəhriyar idi?

  • Yüz də yüz əminəm . Başıma sığal çəkdiyi andakı baxışları harda görsəm , tanıyaram.

-Adsız, bütün bu qəribəliklər atanla bağlıdır? Mən ,sənin hər dəfəsində atanla kimlərin yaxın olması ilə bağlı araşdırma etdiyini və həmin adamların başına necə oyun açdığını, daha doğrusu, açdığımızı bilirəm.
Hər dəfəsində düşünürdüm ki, atanla əlaqəli olan adamlar , ona ziyan vurmaqdan çox , iş birliyinə oxşayır. Bizdən gizlətdiyin nəsə var ?

animesher.com_sad-dark-guy-1520628.jpg
Link
Adsız bir anlıq duruxdu . Vəziyyəti və əsl həqiqəti necə deyəcəyi ilə bağlı düşüncələr beynini didirdi. Həqiqət o idi ki, o da Orxan kimi anasının qəfil dünyasını dəyişməsiylə çox sarsıntılar keçirib. Bu qəfil ölümün altında yatan əsl həqiqəti atasından başqa heç kəs bilmirdi.

1372ef_97ec37da9cf74a7b9e429844f3359afc_mv2.jpg
Link
Anasının ölümündən gün keçmədən atasının qəfil yoxa çıxması,üstəlik, böyüdükcə eşitdiyi şayələrə görə xaricdə imkanlı bir şəxs olaraq yaşadığını eşitməsi , şübhə hissini oyadırdı .

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59367.33
ETH 3172.01
USDT 1.00
SBD 2.43