Keçmiş günləri yad eliyək.(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam dostlar necəsiz?Bu sualı verdim yəqinki,2-3nəfər cavab yazsa yazar.Əsas odurki, yaxşı olun.Steemitdə pis olmağ olmaz.Ona görə çalışın əhvalınızı yüksək tutun.Həyat sizi sıxsa belə,hər sıxıntının bir sonu vardır.Hər zaman bir çıxış yolu var.Bugün ki,yazımda sizə köhnə günləri xatırladacam.Bəzi dəxilsiz mövzularda ola bilər , yazı yazmalıyam belə alındıra bildim.
11-55-46-padlock-428549__480.jpg
link
Deməli köhnə qıfıllar yadıvıza gəlir.İndidə bəzi hələdə açılmayan dəmir qapıların üzərində var.Bu qıfılları açmaq çətin olurdu.Oğurluq eləmək istiyən bu qıfılı açmağa çalışsa kən oyanıb gələr.İndiki qıfıllar elədir ki,birinin açarı o birinədə düşür.Ogün məndə bir qıfəl almalıydım, satıcıya göstərirəm ki, buna bax bir obirinin açarıyla bunu açmaq olur.Daha biz niyə buna qıfıl deyirikki,açarlar hamısı bir-birinə düşürsə.Satıcınında bir cavabı varda, belə gəlire qardaş bizdik deyil.

11-59-55-maps-1854199_1280.jpg
link
Xəritələr.O vaxtlar insanlar bu xəritələrin vasitəsiylə haranısa tapıb çıxardırdılar.Düzdü mən o günləri görməmişəm amma yəqinki olubdu.Təsəvvür edin xəritəylə düşmüsüz rayon,kən axtarırsız yol gedirsiz.İndi nəvar ki,olduğun yeri konum atırsan,harasa getmək istiyirsən naviqatr var telefonda qoşursan çıxırsan yola.Düz ünvana kimi aparıb səni çıxardır.

12-04-26-luggage-3297015_1280.jpg
link
Çamada:Bu çamadanlarda istifadə esən insan görmürəm, heç rastıma çıxmayıb.İndi bu çamadanlı adamı görəndə bizdə bir təsəvvür yaranır,içində çoxlu pul var.Əslində bu çamadanlar paltar üçün olub.İndi oqədər paltar olur ki, sədərək sumkalarına yığırsan yenədə çatmır.Bu çamadanlara azmaz paltarlarıvı yığıb səfərə çıxmağ üçündür.Biz rayona gedəndə əlli dənə paltar yığırığki, birdən olduki geyindim.
12-06-58-cameras-1149767_1280.jpg
link
Fotoaparat.Bunları necə istifadə ediblər,adamın ürəyi partdəyar.Qarmona oxşuyur.Bir foto çəkməkdə ötəri bu boyda dəmdəzgah düzüb qoşmağ adam onnansa qələmnən çəksə yaxşıdı.Amma gələk indiyə pəəəh rahatçılığ.Hərzaman cibimizdə gəzən fotoparatlar.Harda olursan ol,hara gedirsən get sənin yanındadı çıxar fotovu çək.

O vaxtın pəncərələri.Çox yaxşı ,səliqəli görsənirdi.Bizim kəntdə bir mal tövləsi vardı, onun pəncərəsi belə idi,onuda söküb çıxartdılar.Salidni pəncərələr olub.Uşağ çıxanda pəncərəyə qorxmurdun.İndiki pəncərələr insannnan böyük hazırlanır.Elə bil ki,bəhsə giriblər kimin pəncərəsi daha böyüdü.Hərə bir ağılda pəncərə qoydurur.Böyük adam özü pəncərədən baxanda qorxurki,biraz əyilsən tutmağa yerin yox ayağın sürüşüb yıxılassan.
12-18-33-shutters-669296_1280.jpg
link

Bu yazınıda belə bitirdim.Nə isə bir mövzu tapanda yenə yazacam.Oxuyubda lağ edənlərə pis söyüş var.Neyləyim mövzu tapmağda çətinlik çəkirəm.
@yusif79

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 65472.04
ETH 3323.59
USDT 1.00
SBD 2.63