Xəz dəri

in Steemit Azerbaijan☪✔4 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

shuby.jpgphoto
Şəkildə gördüyünüz xəz dərilər bir vaxt canlı heyvanlar idi. Sonra insanlar onları öldürüb, dərisini çıxardıb belə bahalı gödəkcələr, şubalar tikib pul qazanırlar. Düzdür Allah-Təala bəzi heyvanları bizlərə bir nemət olaraq bəxş edib. Qurani Kərimdə deyildiyi kimi: "Bəzi heyvanları sizlərə bir nemət olaraq verdik, onların ətindən, südündən, yunundan istifadə edirsiniz və bəzi heyvanları da nəqliyyat kimi istifadə edirsiniz, lakin yenə şükür etmirsiniz." Bu gördüyünüz gödəkcələrin çox az hissəsi Allahın bizə halal etdiyi heyvanların dərisindən hazırlanıb. Bir çox xəz dərilər vəhşı heyvanların dərisindən alınır. Ən bahalı xəz dərilər norka, ondatra, müxtəlif növ tülkü, bataqlıq qunduzu və s. heyvanların dərisindən hazırlanır.

85337_12.jpgphoto
Hətta it və pişik dərisindən hazırlanmış bir çox xəz dərilər var. Əvvəllər dəri gödəkcələr var idi, "layka kurtka" deyirdilər. Bu layka it adıdır, bu kurtkalar it dərisindən hazırlanardı. Hal hazırda xəz dərisi olan heyvanları saxlayıb bəsləyirlər. Sonra onların dərisindən istifadə edirlər.

image_iwuvOh89f8k.jpgphoto

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.075
BTC 64496.87
ETH 1680.70
USDT 1.00
SBD 0.42