Şəkərbura

in Steemit Azerbaijan☪✔3 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

IMG20220312150649.jpg

Şəkərbura hər kəsin sevdiyi bir şirniyatdır. Şəkərburanı ancaq Azərbaycanda bişirirlər. Şəkərburanı bişirmək üçün, fındıq ləpəsini qovururlar. Qabığını təmizləyib ağappaq edirlər. Sonra ləpəni maşından keçirdirlər, ətriyyat vururlar və səkər tozu ilə qarışdırırlar. Buna şəkərburanın içi deyirlər. Xəmir yoğururlar və balaca kündələr şəkilinə salirlar. Sonra bu kündələri yayırlar və hazırlanmış fındığı yayılmış xəmirin içinə 1-2 xörək qaşığı əlavə edirlər. Xüsusi qaydada bükürlər və maqqaş ilə üzərinə müxtəlif naxışlar vururlar. Sonra da bişirirlər.

EQBbLOMVUAA_ix8.jpegphoto
Evdə şəkərbura bişirirdilər, əlimə yaxşı fürsət düşdü, şəkilini çəkib paylaşıram. Özüm də şəkərburanı çox sevirəm. Balaca olanda anam 300-400 şəkərbura bişirərdi. Oturub, durub şəkərbura yeyərdik. Uşaqlar şəkərburanı çox sevirlər. Şəkərbura xoncalarımız bəzəyidir. Nişan mərasimlərində xonçalara şəkərbura yığıb bəzəyirlər. Bir kq fındıq ləpəsindən 150-yə yaxın şəkərbura çıxır. Allah bərəkət versin.

1552882714_screenshot_2.jpgphoto

Sort:  
 3 years ago 

Ən sevdiyim şirniyyat elleriniz var olsun

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 60045.81
ETH 2420.35
USDT 1.00
SBD 2.43