🐥 Cücələrim 🐥

in Steemit Azerbaijan☪✔2 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

images (11).jpegphoto
Cücələrim mahnısı 1949-cu ildə yaranıb. Belə ki, musiqini yazan Qənbər Hüseynli, uşaq şeirləri yazan Tofiq Mütəllibova bu musiqini dinləməyi və sözlərini yazmağı xahiş edir. Beləliklə Cücələrim mahnısı yaranır, lakin mahnı 10 ildən sonra populyarlıq qazanır. Mahnının ilk ifaçısı deyilənə görə gülüş ustası olan, hər kəsin tanıdığı, sevdiyi, xalq artisti rəhmətlik Arif Quliyev olur. Başqa versiyaya görə isə mahnını ilk dəfə, indi əməkdar incəsənət xadimi olan, adi yadımdan çıxıb, o, oxuyub. Cücələrim mahnısı 1959-ildə Moskvada keçirilən Azərbaycan incəsənət günlərində ifa olunur. Mahnını hamımızın tanıdığı aktrisa Suqra Bagirzadə ifa edir. Mahnı anşlaqla qarşılanır. Həmin gündən Cücələrim mahnısı məşhurlaşır.🐥🐥🐥

14776475616440324620_1000x669.jpg
Photo
Cücələrim mahnısı o qədər məşhurlaşır ki, dünyanın yüz dilində oxunur. Hər kəsin sevə-sevə baxdığı "Nu poqadi" çizgi filmində belə ifa olunur. Eşitdiyimə görə dünya şöhrətli gülüş ustası, aktyor Çarli Çaplin Cücələrim mahnısını çox sevir və pianoda gözəl ifa edirmiş. Cücələrim dünyada çox məşhurlaşır. Sonradan "Cücələrim" rəqs qrupu yaradılır. Bu rəqs qrupu bütün dünyada bu mahnını daha da tanıdır. Mahnının yaranmasından 75 il ötməsinə baxmayaraq Cücələrim hər zaman öz populyarlığını qoruyub saxlayır. Azərbaycanda elə insan tapılmaz ki, Cücələrim mahnısını bilməsin. Uşaqdan böyüyə hər kəs Cücələrim mahnısını sevir. Bu gün də uşaqlar Cücələrim mahnısı ilə böyüyürlər. Allah bu mahnını ərsəyə gətirənlərə rəhmət eləsin. 🐥🐥🐥

hqdefault (1).jpgphoto

Sort:  
 2 years ago 

Aleykum SALAM. İbtidai sinifdə oxuyanda rus dili dərsliyində də ruscası qarşıma çıxmışdı. Sevə-sevə öyrənib əla qiymət də almışdım. ЦЫП-ЦЫП МОИ ЦЫПЛЯТКИ🐣🐤🐥 Ehhhh getdi o günlər😔

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.029
BTC 64249.62
ETH 3184.05
USDT 1.00
SBD 2.48