Valideynlər üçün uşaqlarının qorxularına qarşı 5 tövsiyə

20211124_010721.jpg

  1. Uşağı istəmədiyi bir şeyə məcbur etməyin.
    Uşağın qorxusunu azaltmaq üçün bəzi ailələr uşağı qorxduğu vəziyyətlərlə baş-başa buraxmağa çalışırlar. Bu heç vaxt düzgün üsul deyil. Uşaqlarda bu cür davranış daha çox qorxuya səbəb olacaq. Qorxulu obyektlə əlaqə tədricən qurula bilər. Məsələn, qaranlıqdan qorxursa, bir müddət onun otağında gecə işığı istifadə edilə bilər. Yaxud heyvandan qorxursa, qorxduğu heyvanın şəkillərinin üzərindən danışıb, sonra həmin heyvanın oyuncağını almaq olar.

  2. Uşağınızın başa düşüldüyünü hiss etməsinə icazə verin.
    Ailələr üçün ən vacib şey uşaqla empatiya qurmaqdır. Başqalarının bizim hisslərimizi adi bir şey kimi qəbul etməsini sevmədiyimiz kimi, uşaqlarımız da sevmir. Buna görə qorxan uşağı heç vaxt mühakimə etməməlisiniz. “Qaranlıqdan qorxmağa nə var?” kimi suallarla uşağı kiçik qiymətləndirmək, onu utandırmaq qorxusunu daha da artıracağını, bunun əvəzinə “Doğru deyirsən, qorxa bilərsən” kimi empatik ifadələr işlətdiyini söyləyə bilərik. Məslən , "Mən də sənin yaşında qaranlıqdan qorxurdum" deyərək övladınızı analdığınızı göstərəcəksiniz və biraz onun rahatlamasına kömək edəcək.

  3. Güvən hiss etdirin.
    Qorxu da sevmək və kədərlənmək kimi təbii bir hissdir. Hətta inkişafın bir hissəsidir. Uşaqlarının qorxularını müşahidə etmək valideynlərdən asılıdır. Anlayışlı və iş birliyinə əsaslanan bir yanaşma faydalıdır. Uşağı dinləmək, onunla daha çox vaxt keçirmək və qorxulu obyektlər haqqında məlumat vermək problemin aradan qaldırılmasına kömək edir.

  4. Qorxuların böyüməsinə imkan verməyin.
    Valideynlər otağında tək yatmaq qorxusu olan uşağa onlarla yatmağı desələr, bu qorxunun artmasına səbəb olar. Valideynlərinin yanında özünü daha təhlükəsiz hiss edən uşaq tək qalmaqda çətinlik çəkir, qorxur. Ona görə də belə bir vəziyyətdə onu yatağınıza götürmək əvəzinə yatağında yatmasını gözləyə bilərsiniz. Yatarkən ona nağıl, hekayə oxuya bilərsiniz.

  5. Uşağınızın dediklərini ciddi qəbul edin.
    Bəzən görürük ki, böyüklər uşaqların qorxularını kiçik hesab edirlər, sanki uşaqlıqda bu qorxuları yaşamayıblar. Amma ciddiyə alınmamaq hissinin uşaqların mənəvi dünyasına təsiri bizim təsəvvür etdiyimizdən də böyükdür.

indir.jpeg(https://images.app.goo.gl/PM1YZaH1QURm6bzp9)

Hər uşaq qaranlıqdan, ildırımdan və ya başqa bir şeydən qorxur. Əhəmiyyətli olan, valideynlərin bu hissi yaşayan uşaqları ilə necə davranmalarıdır. Əks halda qorxu uşağınızın qorxulu yuxusu, kabusu ola bilər. Bu səbəbdən valideynlər övladlarına dediyi sözlərə, onlara qarşı olan münasibətə və davranışlarına çox diqqət yetirməlidirlər. Məsələn, aşağıdakı cümlələrdən istifadə uşaqların qorxularının dərinləşməsinə səbəb olur:

“Mən sənin anan deyiləm, sənin daha anan yoxdur”.
"Belə davam etsən səni başqalarına verəcəm” kimi yanaşmalar uşaqda ailədən ayrılma kimi qorxuları da artıra bilir. Digər tərəfdən, heyvanları təqdim edərkən dedikləriniz çox vacibdir: "İt üstünə cumar, uzaq dur".
Əgər qorxular uşağınızın həyatına mane olur və uzun müddət çəkirsə, mütləq mütəxəssislərdən kömək almaq faydalıdır.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 63196.13
ETH 3385.94
USDT 1.00
SBD 2.45