Uşaqların altını islatmasının səbəbləri və həll yolları

FB_IMG_1637867207713.jpg

Uşağın yatağı islatması 2,5 - 3 yaşa qədər, bəzi uşaqlarda isə hətta 5 yaşa qədər davam edə bilər. Əgər 5 yaşdan yuxarı uşaqda gecələr yerini islatmağa davam edərsə, buna gecə alt islatma (enurezis nokturna) deyilir. 5 yaşından əvvəl gecələr yatağı islatmaq anormal hal sayılmır.Yataq islatma problemi daha çox oğlanlarda rast gəlinir və yaş artdıqca onun tezliyi azalır. 5 yaşlı uşaqların təxminən 15% -i gecə islanması ilə bağlı problemlər yaşayır. Onun tezliyi hər il 15% azalır və yeniyetməlik dövründə təxminən 1%-ə qədər düşür.

Uşaq altını niyə isladır?
Bu problemin kökü əsasən genetik meyldir. Əgər ana və ya atada uaşaqlıqda alt islatma problemi olubsa, uşağın 44%-də islanma problemi olma ehtimalı var, hər ikisində də bu problem olubsa, o zaman 77% nisbətində bu problem görülür.

  • Tualet məşğələsindəki səhv davranışlar islanma səbəbi ola bilər. Xüsusilə tualet məşqinə erkən yaşda başlanması və uşağın bu işdə uğursuz olması da altını islatmasında böyük rol oynayır.

  • Uşağın sidik qaçırmamasına həddindən artıq reaksiya verilərsə, uğursuzluq qorxusuna görə də gecələr yatağını islatmasına səbəb ola bilər.

*Həddindən artıq intizamlı və sıxıntılı uşaqlarda sidik kisəsi büzülür və tuta bildiyi sidik miqdarı azalır. Bu da, sidik qaçırmağı asanlaşdırır.

*Yeni bir qardaşın və ya bacınən doğulması, diqqəti özünə cəlb etmək üçün uşağın öz qardaşını təqlid edərək çarpayısını islatmasına səbəb ola bilər.

  • Bir müddət xəstəxanada qalmaq, anadan ayrılıq, boşanma, evdə və ya məktəbdə stress də gecələr yataq islanmasına səbəb olur.

*Sadə sidik qaçırmanın başqa bir səbəbi dərin yuxusu olan uşaqların sidik kisəsinin dolu olduğunu və tualetə getmək üçün oyandırılmadığını dərk etməmələridir. Bu uşaqların əksəriyyəti sidik ifraz etdikdən sonra oyanır. Sidik kisəsinin dolğunluğunun tanınmasında inkişaf geriliyi var. Bu vəziyyət yaşın artamasıyla birlikdə, zamanla düzəlir.

Bəs nə etməliyik?

*Əgər sidik qaçırma qəbizlik, sidik yolu infeksiyaları kimi səbəblərdən qaynaqlanırsa, ilk növbədə bu problemlər müalicə edilməlidir.

  • Uşağınıza dəstək olmalısınız. Danışmaq, utandırmaq və ya cəzalandırmaq düzgün üsul deyil.

  • Uşağınıza gecə yatmazdan əvvəl tualetə getməyi vərdiş edinin.

  • Uşağınızı gecələr müəyyən qrafiklə tualetə qaldırmaq problemi həll edə bilər. Xüsusilə yuxudan 1,5 saat sonra oyandırılmalıdır. Çünki yatağın islanması ən çox bu yuxu dövründə baş verir.

  • Uşağınızı oyandırdıqdan sonra sidiyə getməsini təmin edin. Yarıyuxulu vəziyyətdə sidiyə çıxmaqla yataqda yatarkən yerini islatması arasında tualet tərbiyəsi baxımından çox da fərq yaratmır.

*Tualet tərbiyəsi davam edərkən; kiçik sidik qabını gecə boyu uşağın yatağının yanında saxlamaq yaxşı fikir ola bilər. Çünki uşaqlar son anda tualetlərini hiss edirlər və gecələr daha çox tuta bilmirlər.

  • Yaş örtüyün dəyişdirilməsi zamanı uşağınızdan kömək istəyin. Bu, onun məsuliyyətini inkişaf etdirməyə kömək edəcək, lakin bu, cəza kimi qəbul edilməməlidir.

*Ailədə əvvəllər çarpayı isladan ağsaqqalların nümunəvi olması övladınızı motivasiya edəcək.

*Uşağınızı bunun öhdəsindən gəlməyə təşviq edin, uğur qazandıqda mükafatlandırmaq faydalı ola bilər.

*Əgər proses yavaş gedirsə, gecələr bir müddət uşaq bezlərindən istifadə etməyə davam edə bilərsiniz. Ancaq bu müddəti nəzarətdə saxlamaq, uzatmamaq daha məqsədə uyğundur.

1200x627-alt-islatma-enuziris-nedir-altini-islatan-cocuk-nasil-tedavi-edilir-s1-1600682581890.jpg(https://images.app.goo.gl/kp7y1t4PUEabwPSo6)

🐻Bu üsulları sınamağa baxmayaraq problem davam edərsə, mütəxəssislərə müraciət edilməlidir.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 63196.13
ETH 3385.94
USDT 1.00
SBD 2.45