Həftəsonum :) ||club5050

Salam, əziz Steemit yazarları necəsiniz?
Necə keçdi həftəsonunuz? Mənim həftəsonumu soruşsanız, deyərdim ki, yaxşı keçdi🙂

Dünən toyda olmuşam, bu gün də qonaqlıqda, yeriniz məlum. Gözəl adət-ənənələrimiz var bizim. Toyda bu adət-ənənələrdəndir. Biraz uzaq qohumun olduğuna görə şəkil çəkməmişəm, düzü.
Bugünki qonaqlıq isə bizə çox yaxın adamların evində idi.

IMG-20220221-WA0004.jpg

Qonaq getmək, qonaq qarşılamaq xalqımızın ən qədim və gözəl adət-ənənələrindəndir. Hər zaman böyüklərimizdən - "Qonaq Allah qonağıdır”, "Qapımız qonağa hər zaman açıqdır”, kimi sözlər eşitmişik. Mənim fikrimcə qonağa verilən dəyər onun üçün özənlə açılmış süfrədir. Elə bugün də bizi belə gözəl süfrə hazırlayıb qarşıladılar. Şirin söhbətlər, uşaqların şən oyunları, dadlı yeməklər bu qonaqlığı dahada maraqlı etdi. Qəbələmizin vazkeçilməz yeməyi olan döşəmə plov bişirmişdilər. Elə dadlı idi ki, hər dəfə bu yeməyi yeyəndə ilk dəfə yeyirəmmiş kimi ləzzət edir mənə☺️. Dadlı olmağından olsa gərək ki şəklin çəkməyi unutdum. Necə deyərlər aşı gördüm şəkil yaddan çıxdı☺️. Biz də əliboş getməmişdik, təbii ki, belə bir dadlı tort aparmışdıq.

IMG-20220221-WA0003.jpg

Yenə də deyirəm yeriniz məlum. Göz haqqınızı halal edin🙄
Belə əziz dostlar mənim maraqlı həftəsonumdan bu qədər ümid edirəm ki, sizin də istirahət gününüz maraqlı olub. Yeni postlarda görüşmək diləyi ilə✨. Özünüzə yaxşı baxın :)

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 60328.18
ETH 2426.92
USDT 1.00
SBD 2.48