Fürsəti yaxşı dəyərləndirmək....

Salam əziz yazarlar, necəsiz? Necə keçir günləriniz? Dünənin qeyri-iş günü olmağı gəzmək üçün əsl fürsət idi. Çox az halda həftə içi istirahət etmək olur çünki ən azından bizim üçün elədi. Amma dünən biz və işyoldaşlarımız bu əla fürsəti çox gözəl dəyərləndirdik ; )

IMG-20220616-WA0076.jpg

Səhər saat 7də yola düzəldik, az getdik, çox getdik, dərə təpə düz getdik gəldik çatdıq təbiəti elə Qəbələ ilə eyni, mənim üçün sevimli və doğma olan Şəki şəhərinə. Nə üçün mənə doğma olan dedim çünki həyatımın ən gözəl 4 ilini yəni tələbəlik illərimi bu şəhərdə keçirmişəm. Ona görədə bura mənə ən az Qəbələ qədər doğmadı💙

IMG-20220616-WA0074.jpg

Səhər yeməyi günün ən önəmli yeməyi olduğuna görə bu gözəl mənzərəli yerdə yaxşıca qarnımızı doyurduq.

IMG-20220616-WA0072.jpg

Restoranda o qədər maraqlı, qədimi əşyalar var idiki hansı birinə baxacağımı, hansı birinin şəklini çəkəcəyimi qarışdırdım☺️
Səhər evdən ac çıxdığımız üçün başımız necə yemək yeməyə qarışdısa süfrənin şəklini çəkmək yadımdan çıxdı.
Mənim ən çox xoşuma gələn əşyalar rəngli şüşələrdən hazırlanmış lampalardı.

IMG-20220616-WA0073.jpg

IMG-20220616-WA0075.jpg

Bunların möhtəşəmliyinə baxın hələ necə incə, necə zövqlə hazırlanıbdı. Əl əməyi, göz nuru bu olsa gərək. Bu restoranı çox sevdim həm səliqəsi, həm dekorasiyası, həmdə qədimiliyi ilə göz oxşayırdı.

IMG-20220616-WA0077.jpg

Səhər yeməyindən sonra yol aldıq zipline əyləncəsi ilə tanınan "Xanland" istirahət mərkəzinə.

IMG-20220616-WA0070.jpg

İlk başlarda tərəddüt etsəmdə cəsarətimi topladım və məndə mindim buna.
Qorxmaqdada haqli idim çünki çayın bu tərəfindən o tərəfinə bir kəndir(tros) ilə keçilir. Enəndə cəsarətimə görə özümə heyran qaldım artıq bir daha edə biləcəyimə inanmıram🙄
Buradada əylənib yola çıxdıq bir digər gözəl və anladaraq bu postda bitirə bilməyəcəyim "Bio Garden" mərkəzinə. Növbəti postda bu haqqda daha geniş yazmağı planlaşdırıram.
Belə əziz dostlar bizim gəzintimizdən bu qədər. Növbəti postlarda görüşənədək özünüzə yaxşı baxın.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 60328.18
ETH 2426.92
USDT 1.00
SBD 2.48