Cızma-qara📝 ||club5050
Salam, dəyərli Steemit yazarları necəsiz?
İşlərim çox olduğuna görə istəmədən də olsa bir neçə gün fasilə verməli oldum. Bu fasilə sadəcə post paylaşmağıma aid oldu, sizin yazılarınızı sevə-sevə oxuyuram. Bugün isə sizlərə də maraqlı olacağını ümid etdiyim bir mövzu ilə qarşınızdayam. Əvvala cızma-qara sözünün mənasını yazım. Səliqəsiz, aydın oxunmayan mənasını verdiyi yazılır dilimizin izahlı lügətində.
İşdə, evdə, dərsdə canımız sıxılarkən əlimizdə qələm varsa özümüzdən asılı olmayaraq cızma-qaralar edirik. Bəs bu etdiyimiz cızma-qaraların bizim əhvalımızdan, şəxsiyyətimizdən xəbər verdiyini bilirsizmi??? Mən tələbə olarkən psixologiya müəllimimizin bir dərsdə psixoloji sorğu keçirmişdi. Bizə əlinizə qələm alanda ilk olaraq nə çəkirsizsə, o sizin haqqınızda məlumatlar verir demişdi. Mən indiki kimi yadımdadı ulduz və kub şəkli çəkmişdim. Bir həftədə müəllimin bizə gətirəcəyi cavabları gözləmişdik🙄
Sən demə ulduz məqsədyönlü insanlar tərəfindən çəkilən cızma-qara imiş.☺️ Xırda-xırda ulduz çəkmək nikbinlik göstəricisidir. Bir dənə böyük ulduz çəkmək isə qəti bir məqsədinizin olduğu anlamına gəlir. İkinci çəkdiyim isə kub idi. Bu formanı çəkən insanlar adətən bacarıqlı olurlar, çətin vəziyyətlərin öhdəsindən asanlıqla gəlirlər.
Aranızda yəqinki, öz adını və ya adının baş hərfini cızma-qara edənlər var, belə insanlar diqqət mərkəzində olmağı sevən insanlardı.
🖇️Ən çox rast gəlinən cızma-qara isə ziqzaqlardı. Bunlar insanın incə, romantik xarakterindən xəbər verir.
🖇️Əlinizə qələm alan kimi rəqəm yazanlardansınızsa deməli pul haqqında çox fikirləşirsiz, hardan nə qədər qazanacağınızı götür qoy edirsiz.😉 Bəs siz ilk nə cızma-qara edirsiz?
Çətin bir həftənin sonuna gəlib çatdıq, belə bir havada işdən sonra ən gözəl istirahət pəncərə önündə isti şokolad içmək ola bilər ancaq...
Bu qədər əziz yazarlar hər birinizə xoş həftəsonu diləyirəm. Görüşənədək özünüzə yaxşı baxın. :)
Maraqlı məlumat idi, yeni öyrəndim🙏🏻
Mən kvadrat çəkənəm😄
Belə insanlar açıq danışan olurlar. Həmdə güclü məntiqə sahib insanlardılar.