Yolumuz Ağdama #1

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam hər kəsə. Bu gün sizə həyatımın ən gözəl təcrübələrindən olan Ağdam səfərimdən bəhs edəcəm. Bir posta sığdırmaq istəmədiyim üçün hissəli şəkildə olacaq. İlk olaraq, necə oldu ki, oraya yola düşdüm o barədə danışmaq istəyirəm.
20211120_170931.jpg
Mən də oraya getmək üçün qeydiyyatdan keçən 300-ə yaxın tələbədən biri idim və yalnızca 50 nəfər seçildi. Həqiqətən, mənim üçün inanılmaz bir hiss idi, işğaldan azad olunmuş torpaqlara baş çəkmək, oranı gözlərinlə görmək, təmiz havasını almaq və bu qismət oldu.❤🤲
Bizim vəzifəmiz, orada aktiv könüllü kimi iştirak etmək, şəhid ailələrinin qarşılanması, yönləndirilməsi, onlara diqqət göstərmək və s.
İlk olaraq, saat 7-də yola çıxdıq, yol çox uzun və əyləncəli idi. Vətənpərvər musiqilər, rəqslər😇Ağdama girən zaman gördüyüm mənzərə həqiqətən məni sarsıtdı, erməni vandalizmindən geri qalan evlər.
20211120_122420.jpg
Kim bilir,orada nələr yaşanıb, hər yer dağıdılmışdı... Və beləcə yolu izləyərək davam etdik. İlk mənzilə çatdıq. Orada vəzifəmiz ağac əkmək idi. Təkcə mən öz yoldaşımla birlikdə 20-ə yaxın ağac əkdim, sağolsunlar oradakı dayılar da bizə yol göstərirdi.Hər kəs bir-birinə dəstək olmuş, yalnız bir məqsəd uğrunda çalışırdı. Və iş zamanı bizimlə xoş söhbətlər edirdilər.
Düşündükdə o işğala məruz qalmış, ölmüş torpaqların yenidən nəfəs almasında mənim də rolum olacaq, daha da həvəslənib işləməyə davam edirdim.
Sonda hər kəs öz işini bitirdikdən sonra, dayılar bizimlə şəkil çəkdirdilər, çox xoş ortam idi.
Polish_20211121_131023148.jpg
Sonrakı yolumuz Cümə Məscidinə oldu. Bu məscid 1868-1870-ci illərdə inşa edilmiş, Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biridir. Təəssüf ki, məscid ermənilər tərəfindən çox zərər görmüşdü. Şükürlər olsun ki, artıq azaddır. Biz təlimatlandırıldıqdan və yerləşdikdən sonra şəhid ailələri gəlməyə başladı. Onları qarşılarkən, üz ifadələrini, o gözlərindəki dərin kədəri görmək həqiqətən çox qəribə hislər keçirməyimə səbəb oldu. Bəziləri göz yaşlarını saxlaya bilmədi😔 Allah onların canını sağ etsin ki, bu torpaqlar onların oğullarının, ərlərinin, atalarının sayəsində azad olub.
IMG-20211121-WA0303.jpg

IMG-20211121-WA0128.jpg

Polish_20211121_125808829.jpg
Və beləcə bir sıra fotosesiya prosesləri də başa çatdıqdan sonra növbəti mənzilə yola düşdük. Sonrasını isə önümüzdəki postda danışacağam.) Oxuduğunuz üçü təşəkkürlər.

Sort:  
 3 years ago 

Təşəkkür edirəm gözəl postunuz üçün

 3 years ago 

Mən də təşəkkür edirəm, fikir bildirdiyiniz üçün🍀

 3 years ago 

Çoxx gözeldi♥️

 3 years ago 

Çox sağolunn❣

 3 years ago 

Əla Nərgiz belə davam elə👍. Ardını səbirsizliklə gözləyirik. Könüllüləri görmək necə də xoşdu 🤗

 3 years ago 

Çox sağol Urfan🍀inşəAllah davamı sabah gələcək))

Gözəl postdur, səni təbrik edirəm.
Davamını da səbirsizliklə gözləyirik👌🏻☺️

 3 years ago 

Çox sağol Aybəniz, inşəAllah 🌹

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 61956.82
ETH 2417.96
USDT 1.00
SBD 2.62