Xoş gördüm, Steemit Azerbaijan

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemit Azerbaijan ailəsi,mən Nərgiz Qafarova.
IMG_20210915_150650_124.webp
Bu gün etibarı ilə Steemit platformasının yeniliyi olan Steemit Studentə qoşularaq, sizlərlə postlarımı paylaşacam. Tələbələr üçün yararlı olacaq bu yenilik üçün təşəkkürlər. İlk postumda sizə özümdən və təhsil həyatımdan bəhs etmək istərdim. Həyatımı bacardığım qədər əyləncəli, həmçinin gözəl şəkildə qurmağa çalışan bir tələbəyəm.Fərqlilikləri isə çox sevirəm. İlk olaraq,mən 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya mühəndisliyi ixtisasına 433 balla dövlət sifarişi əsasında qəbul olmuşam. Hal-hazırda həmin ixtisasın 2-ci kurs tələbəsiyəm. İxtisasıma 11-ci sinifdə qərar vermişəm, düzü, bu qərar tam da mənim həyatımın dönüm nöqtəsi oldu. Çünki, mən ailəmin istəyi ilə Tibbə hazırlaşırdım, amma son il öz həyatımı gözdən keçirdim və gələcəkdə nə olmaq istəyəcəyimə ilk dəfə özüm qərar verdim. Bu müddət və qərar dəyişikliyi mənim üçün həm mənəvi , həm də psixoloji cəhətdən çətin olsa da, nəticə olaraq artıq öz istədiyim ixtisasda təhsil aldığım və ailəmin də artıq qərarımı dəstəklədiyi üçün xoşbəxtəm. Bilirik ki, ötən il pandemiya səbəbindən online rejimdə təhsil alırdıq, amma artıq ənənəvi təhsil bərpa olundu, təbii ki, mən də bu qərara çox sevinənlər içində idim. Amma təəssüf ki, dərs açılmasına 1 həftə qalmış korona virus mənə də baş çəkdi😅Və karantin səbəbi ilə universitetimlə digər uşaqlara nəzərən daha gec tanış oldum.Bu günlər mənim üçün çox çətin idi, amma sonunda bitdi.
20211019_134534.jpg

20211019_113113.jpg

20211019_130649.jpg
Dərslərə və ortama yeni-yeni alışıram. Lakin mənim üçün çox maraqlı keçir.Özəlliklə də, kitabxanamızı çox sevdim. Normalda dərs oxuyarkən diqqət dağınıqlığı yaşayən biriyəm, amma orada sanki səssizlik və rahatlıq məni dərsə daha da həvəsləndirir. Sizcə də, çox gözəl deyil mi , kitabxanalar? Çox sayda insanın bir yerdə olmağına rəğmən, səs-küy yerinə sakitliyin olması. Tam da axtardığım ortam idi, saatlarca orada otura bilərəm😅
20211019_141901.jpg
Bu da bizim həyətimiz. Dərs başlamadan həmişə 1-1.5 saat tez gedirəm universitetə,burada oturub musiqiyə qulaq asaraq gözləyirəm və ya dərslərimi təkrar edirəm. Təmiz hava,yandakı su səsi insanı sakitləşdirir.
Screenshot_20211020-185144_Gallery.jpg
Ən sevdiyim dərslər isə laboratoriya dərsləri oldu, çünki ağ xalat geyinmək çox qəribə hiss idi😅Həmçinin , anam da məni belə görəndə sanki ürəyindəki məni "ağ xalatda görmək arzusu" gerçəkləşmiş oldu. Amma bir tibb işçisi olaraq deyil də, gələcəyin mühəndisi olaraq.Hələ təzəyəm, gün keçdikcə universitetimizi daha yaxından tanıyıb sizinlə də bölüşəcəyəm.🙆🏻‍♀️😄Oxuduğunuz üçün çox sağolun, əziz Steemit Azerbaijan ailəsi. Yeni postlarla görüşənədək😊

Sort:  
Loading...
 3 years ago 

Bizim aramıza xoş gəldiniz. Tələbələr ilə Steemit Azerbaijan daha maraqlıdır. Hər birinizə təşəkkürlər. Var olun.

 3 years ago 

Çox sağolun, xoş gördüm😊🙆🏻‍♀️Siz də, həmçinin.

 3 years ago 

Xoş gəlmisiniz!

 3 years ago 

Çox sağolun, xoş gördüm😇

Xoş gəldiniz, tələbə qızımız😊

 3 years ago 

Çox sağolun, xoş gördüm😊🙆🏻‍♀️

 3 years ago 

Steemit Azerbaijan topluluğunda həyata keçirilən yeni projedə sizə uğurlar!!! Bizimlə qalın.
Steemit Student_1.png

 3 years ago 

🙆🏻‍♀️😇

 3 years ago 

Xoş gəldiniz. Dərslərinizdə başarılar....

 3 years ago 

Xoş gördüm, çox sağolun😊

Uğurların bol olsun, Nərgiz)

 3 years ago 

Çox sağol Aybəniz, səninlə bahəm😇

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 61949.37
ETH 2415.67
USDT 1.00
SBD 2.65