Tələbə günü-17.11

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam hər kəsə. Bu gün 17 boyabr- Tələbələr günü idi. Düzdür, hələ 2-ci kursam, yuxarı kurslar bəlkə daha yaxşı anlayar tələbəlik illərini, çətinliklərini, eyni zamanda gözəlliklərini və s. Amma mənim də az-çox artıq bu haqda anlayışım formalaşıb. Məsələn, tələbə olduqdan öz həyatım üçün misal çəksəm, artıq pul və zaman bölgüsünü düzgün aparmağa çalışıram. Bəzi insanlar da deyir ki, tələbə olduqdan sonra daha aktivləşmişəm, mən bu fikrə qatılsam, yalan demiş olaram, çünki öncədən də çox aktiv idim, durmadan tədbirlərə, viktorinalara qatılırdım.😅Hal-hazırda da həmin yolda davam edirəm.
Polish_20211012_204734911.jpg
Çətinliklərim isə bəzən səhlənkarlıq edirəm və nəticədə bu həftə midterm həftəsidi, bununla əlaqədar hətta ağlımdakı postları belə paylaşa bilmirəm.😅🤦🏻‍♀️Təqdimatlar, dərsə hazırlaşma prosesi, sərbəst işlər, digər gündəlik fəaliyyətlərim, demək olar ki,hər şey qarışıb.🤦🏻‍♀️ Və bir tələbə ənənəsini pozmayaraq midtermlərə son bir gün qala hazırlaşıram. Təbii ki, bu məsləhət görüləsi iş deyil. Çünki hər nə qədər yaxşı hazırlaşsanız, o qədər yaxşıdır. Onu da deyə bilərəm ki, heç bir əziyyət yerdə qalmır.
IMG-20211018-WA0106.jpg
Dünən tətbiqi-riyaziyyatdan və inglis dilindən midterm var idi. Və mən semestr başlayandan saysaq cəmi 2-3 dəfə mühazirə dərsində olmuşam, fəndən anlayışım 0-a yaxın idi. Amma düşündüm ki, düşünməklə heç nə olmaz, hərəkətə keçmək lazımdır. Və 2 gün boyunca başdan başladım. Bir gün inteqralı öyrənməyə sərf etdim ən sıfırdan,əslində biz bunu keçən il keçmişik😅🤦🏻‍♀️Amma mənim anlayışım olmadığı üçün oradan başladım, digər günü isə differensial tənliklərin bir neçə hissəsini gecə boyunca oxudum. Təbii ki, çatdıra bilmədim, imtahana gələndə belə metroda düstur əzbərləyirdim ki, heç olmasa misallara baxmasam belə, düstur yadımda qalsın bəlkə yaza bildim. Və , nəhayət, imtahan başladı. Həqiqətən də mən bacardığımı hiss etdim. Düzdür, bəzi uşaqlar kimi mükəmməl yazmadlm, hətta səhvlərim belə vardır, düzgün yazmamışamdır. Amma bilirsiniz, əsas nədir? Səhv etsəm belə, mən yazdım, o səhv mənə məxsus idi.Mən nə isə yazmağa çalışdım tək başıma. Bunu öyrənməyin mümkünsüz olmadığını özümə sübut etdim. Nəticə zəif, orta və yaxşı gəlsə belə fərqi yoxdur,içim rahatdır nədənsə, artıq digər uşaqlar misal həll edərkən sadəcə izləmirəm, çünki mən də həll etməyə çalışıram, bu mənə yetər.) İnglis dili isə nisbətən rahat keçdi, o qədər çətinliyim olmadı. Bu gün isə Kimya midterm oldu, təəssüf ki, oxumadığım bir bilet düşdüyü üçün yaxşı yaza bilmədim.
Uzun sözün qısa çalışsan yazacaqsan, çalışmasan da belə :) Qarşıda hələ 2 fənn var. Ümid edirəm, sonda nəticə ürəyaçan şəkildə olar. Hər birinizə uğurlar əziz tələbələr.Görüşənədək!)

Sort:  

Uğurlar, Nərgiz🤲🏻❤️

 3 years ago 

Çox sağol, Aybəniz. Sənə də, həmçinin❤🫂

 3 years ago 

uğurlar 🧡

 3 years ago 

Çox sağol, sənə də Ləman🫂❤

 3 years ago 

Uğurlar və dözüm arzu edirəm Yusif

 3 years ago 

Hər kəsə uğurlar🥲

 3 years ago 

Əladııı Nərgiz davam elə👍. Bircə bu həfdədən sağ salamat çıxaq 😆

 3 years ago 

Çox sağol, Urfan. Hə demə daha tükəndik :")

Coin Marketplace

STEEM 0.20
TRX 0.19
JST 0.033
BTC 88985.87
ETH 3290.31
USDT 1.00
SBD 2.98