Mineralogiya muzeyi-ADNSU

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemit Azerbaijan ailəsi. Sizi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin daxilində yerləşən Mineralogiya muzeyi ilə tanış etmək istəyirəm.
20211027_164127.jpg
Buranın varlığını öyrənir-öyrənməz vaxt itirmədim və baş çəkdim.Muzey Geoloji Kəşfiyyat fakültəsində yerləşir və direktoru ADNSU-nun “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi ” kafedrasının dosenti Ağamehdi Ağayevdir. İçəri girən zaman məni gülərüzlü Arzu xanım qarşıladı. Arzu xanım muzeydə fəaliyyət göstərir, eyni zamanda tələbələrə dərs deyir. Məni də muzey haqqında əlavə məlumatlandırdığı üçün təşəkkür edirəm.
20211027_163018.jpg

20211027_164026.jpg
Belə ki, Mineralogiya muzeyi 1920-ci ildə Azərbaycan Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakultəsində təşkil edilmiş mineralogiya kabinetinin bazasında yaradılmışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Turizm və Mədəniyyət Nazirliyi tərəfindən kabinetə muzey statusu verilmişdir. Muzeyin mineral ehtiyatı 6400 nümunədən və 350-yə yaxın mineral növündən ibarətdir.Və Arzu xanımın dediyinə görə Qafqazın mineralla ən zəngin muzeyi bura imiş. İçəri olduqca geniş və maraqlı idi.
20211027_163937.jpg

20211027_164000.jpg

20211027_162421.jpg
Muzeydə Boliviyadan Yaponiyaya ,Qrenlandiyadan Cənubi Afrikaya kimi coğrafi ərazini əhatə edən ölkələrdən minerallar var. Hətta bəzi ölkələrdən hədiyyə olaraq göndərilmiş minerallar da vardır ki, onları şəkillərini buraya yerləşdirəcəm. Təbii ki, ölkə daxilindən də gətirilmiş minerallar da var idi.Bəzilərinin adı hələ təyin edilmədiyindən onlar ayrıca olaraq qoyulmuşdu, adları müəyyən edildikdən sonra isə digərləri kimi vitrinə yerləşdiriləcək.

20211027_163547.jpg

20211027_163436.jpg

20211027_163256.jpg

20211027_162626.jpg

Polish_20211102_204349237.jpg

Hər zaman sadəcə adını eşitdiyim mineralları əyani şəkildə görmək mənim üçün çox maraqlı idi. Məncə, universitetin də tələbələri bu fürsətdən yararlanaraq oraya baş çəkib, həm məlumatlanmalı, həm də oranı görməlidirlər.😊Oxuduğunuz üçün təşəkkürlər, mənimlə ADNSU'nu kəşf etməyə davam :)

Sort:  
 3 years ago 

Bunu bilmirdim

 3 years ago 

mən də , demək olar ki, yeni kəşf etmişdim😇

 3 years ago 

Men dünen gördüm buranı☺️

 3 years ago 

maraqlıdır, mən də bir müddətdir görmüşəm elə😇

Əla👌🏻👌🏻
Belə bir yer olduğunu bilmirdim heç😄

 3 years ago 

çox sağol🤗, mən də yeri öyrənmişdim, mütləq get maraqlıdır

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.031
BTC 59077.53
ETH 2518.13
USDT 1.00
SBD 2.48