İlk dərs günündən salam :)

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemit Azerbaijan ailəsi. Bu gün sizinlə gələcək həyatım üçün atdığım addımlardan birini bölüşmək istədim. Bilirik ki, hal-hazırda texnologiya günümüzün ayrılmaz bir parçasına çevrilib. Bir çox iş müəssisələrində dil biliyi ilə yanaşı, kompüter bilikləri də tələb olunur. Və bunu bilməyimiz məcburi hal alıb. Ötən ili pandemiya və həvəs düşkünküyü ilə əlaqədar passiv keçirdiyim üçün özümə söz verdim ki, bu ildən etibarən zamanımı öyrənməyə və yeni təcrübələrə sərf edəcəm.Və əksiklərimi tamamlayacam.
20211020_110538.jpg
Belə ki, mən də kompüter kursuna yazıldım. Və sizi ilk dərsimdən salamlayıram. İlk gün dostların və müəllimin mehribanlığı həyəcanımı mənə unutdurdu və mühitə tez adaptasiya oldum. Həmçinin, mənim şəxsi kompüterim olmadığı üçün kurs ev tapşırıqlarını orada etmək üçün imkan yaradır. Ümid edirəm ki, gün-gündən özümü bu sahədə inkişaf etdirərək,bu prosesi uğurla başa vuracam.
20211020_110732.jpg
Dərsdən evə qayıtdıqda isə bu şirin dostlarla rastlaşdım, yeməyimi onlarla bölüşdüm və biraz da mənimlə oynadılar. Qara rəngli olan yemək yeməyi seçdi, amma digəri mənimlə oynamağı seçdi.😅Məncə, küçədə qarşımıza bu cür dostlar çıxdıqda onları əzizləmək lazımdır, təbii ki, sonrada əllərimizi yuyub, spirtləmək şərti ilə.Məlum indi xəstəliklər baş alıb gedir.🤧
20211020_114703.jpg

20211020_115430.jpg
Oxuduğunuz üçün təşəkkürlər dostlar. Gələn postlarla görüşənədək!)

Sort:  
 3 years ago 

Post Təqaüd proqramına uyğundur. Təbriklər. Steemit Azerbaijan.
Steemit Student_1.png

 3 years ago 

Çox sağolun😇

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 61956.82
ETH 2417.96
USDT 1.00
SBD 2.62