Salam əleykum

in Steemit Azerbaijan☪✔2 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

images (13).jpegphoto
Əs-Salsm Allahın 99 adından biridir. Salam verəndə, xeyirli, bərəkətli gün, sağlamlıq arzulamaq mənasını verir. Deyirlər salam verməyin 70 suvabı var. Biri verənin, 69 isə alanındır. Əgər salamı almasalar, 70-i də verənə yazılır. Dində salam vermək müstəhəbdir, lakin salamı qaytarmaq isə vacib sayılır. Bütün dünyadakı insanlar bir-birilərinə salam verirlər.
Без названия (6).jpegphoto
Bütün insanlar bir-birilərinə hər dəfə salam verəndə, xeyirli, bərəkətli, sağlam bir gün arzuladığı halda, niyə bəs şeytanliq edərək artıq-əskik hərəkətlər edirlər. Yalandan salam verirlər də onda. Necə olur ki, birinə xeyirli, bərəkətli, sağlam bir gün arzulayasan, sonra ona pislik edəsən. Keçmişdə kisilər birinə salam verəndə, aralarında böyük hörmət olardı. Söz var, deyərlər, kişiynən haqqi-salamım var. Bir ağsaqqal salam verəndə, insanlar ayağa qalxıb, və alekum salam, deyə cavab verərdilər.

images (14).jpegphoto
Köhnə məhəllədə bir Salam kisi var idi. İndi rəhmətə gedib, Allah rəhmət eləsin. Bir gün bu Salam kişi işə düzəlmək üçün bir idarəyə gedir. Qapını döyüb girir müdirin otağına. Deyir:

  • Salam əleykum.
  • Və aleykum salam. Müdür cavab verir. Bir az keçir müdür soruşur:
  • Adın nədir?
  • Salam. Cavab verir Salam kisi.
  • Və aleykum salam. Yenə müdür deyir. Yenidən soruşur ki, kişi adın nədir? Salam kisi də:
  • Salam. Deyə yenə cavab verir. Müdür hirslənir:
  • Yekə kişisən bayaqdan neçə dəfə soruşmuşam ki, adin nədir, sən mənə salam verirsən. Salam kişi də fağır adam, qayıdır ki, ay müdür adım Salamdır, Salam. Müdür başlayır gülməyə və Salam kişini işə götürür. Əs-sələmu əleykum və rəhmətullahi və bərəkətin.
    1480430323_14478588_222419584840659_467551269418958848_n-1.jpgphoto

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.030
BTC 59541.21
ETH 2543.02
USDT 1.00
SBD 2.53