Yer planeti bizim evimizdir!

in Steemit Azerbaijan☪✔3 years ago

Bir insan niyə yaşadığı yeri zibilləsinki?

Mən deyərdimki məişət tullantılarını qlobal problem saymaq olar. Çünki hər keçən gün istehsal edilən qida məhsullarının sayı durmadan artır. Buda öz növbəsində yaranan tullantının miqdarının artması deməkdir.

Screenshot_20211130-003536_Gallery.jpg

Şəhər mərkəzləri xaric demək olar ki, hər rayonda,kənddə,küçədə və yaxud yol kənarında qalaqlanmış və ya pərakəndə formada atılmış tullantılara rast gəlmək mümükündür.
Sual yaranır. Bu qədər zibil hardan gəlir axı.?
Əlbətdə insanların məsuliyyətsizliyindən,düşüncəsizliyindən,vecsizliyindən,diqqətsizliyindən və bir sürü səbəblərdən. Əlbətdə hər bir halda insan tərəfindən edilir.

Screenshot_20211130-005645_Gallery.jpg

Danışdırsan hər kəs təbiət sevərdir. Ama faktiki vəziyətə baxdıqda belə bir düşüncə formalaşırki hər kəsin təbiət sevərliyi onun şəxsi mülkiyyəti daxilindədir.
Bir insan evindəki zibili təmizləyir yığır torbaya və atır küçəyə.

Screenshot_20211130-003520_Gallery.jpg

Deməli bunun həyəti təmizdirsə demək bu insan təbiətsevərdir və öz üzərinə düşən təmizlik borcunnan çıxdı. Lakin insanlar başa düşmürki tək sənin şəxsi həyətin yox bütün yer
planeti sənin evindi. Sən heç evin bu başındaki zibili aparb evin digər tərəfinə atan biriylə rastlaşdın!? Yox əlbətdə.
Bəs onda niyə yaşadığın yer planetində olan zibili burdan alıb başqa bir tərəfə ataraq həm bərbat bir görüntünün həmdə təbiətə ciddi ziyan dəyməsinə səbəb olursan. Axı buranın hər qarışı səni yaşadan yer kürəsinin,sənin evinin bir hissəsidir.

Screenshot_20211130-005727_Gallery.jpg

Yaranmış məişət və digər tullantıları,onların atılması üçün nəzərdə tutulmuş qablara atmaq və ayrılmış xüsusi yerlərə daşımaq lazımdır.

Təbiəti qorumaq hər kəsin borcudur ! @miri97

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 62924.41
ETH 2436.05
USDT 1.00
SBD 2.52