The Diary Game -Better Life Season 3 | 10.10.2021 | Biraz əyləncə

in Steemit Azerbaijan☪✔3 years ago

Gənclik malldakı paltarlara baxmaq məqsədiylə evdən çxdıq. Diqqət etdinizsə baxmaq məqsədiylə yazdım. Çünki malldakı qiymətlər həqiqətən mənim büdcəmi aşır və mənə elə gəlirki ordakı qiymətlər dəyərindən çox-çox yüksək qoyulub. Nəysə sözümün canı odur ki, mən mall'dan baxıb kənardan alanlardanam. Sadəcə olaraq mallda gəzməkdən xoşum gəlir.
Beləcə geyimlərə biraz göz gəzdirdikdən sonra qalxdıq lap yuxarı. Burda yedik,çay içdik,cinemaplusda film izlədik və əyləncə yerindəki oyunlardan oynadıq. Bunların hamısı haqqında yazacaq olsam post həddindən artıq uzun olacaq. Bu səbəbdən postu hissələrə ayırmaq qərarına gəldim. Və siz oxucuları çox yormaq istəmədim.
Bu postda əyləncə yerindən çəkdiyim şəkilləri sizlərlə paylaşmaq və qısaca məlumat vermək istəyirəm.
Deməli ən üst mərtəbədəki əyləncə yerini gördük və dayandıq.

IMG_20211010_004928_197.jpg

Bura nə vaxtsa girib burdakı oyun yerlərindən istifadə edəcəyimi heç düşünməmişdim. Ancaq qorxduğum başıma gəldi). Beləcə giriş hissəsindən içəri bir neçə dəqiqə baxdım sonra yanımda olan böyük qüvvənin üzünə baxdım. Hər şey aydın idi. Və bir cümlə ilə məni zəif yerimdən vurdu. "Gəl girək həm əylənək həmdə çəkib steemitdə paylaşarsan". Məni saxlamaq olar. Bu cümlədən sonra içəri əyləncə yeri kimi yox steemitdə paylaşmaq üçün əla bir post kimi baxdım. Və "içəridə xərcləyəcəyim pulu,burdan çəkdiyim şəkilləri steemitdə paylaşaraq artıqlamasıyla çıxara bilərəm" düşüncəsi gəldi ağlıma.
Burda bir sürü oyun yerləri varki çoxsunun heç adını belə bilmirəm.

IMG_20211010_004921_455.jpg

IMG_20211010_004916_504.jpg

IMG_20211010_004910_379.jpg

Əlbətdə ilk yaxınlaşdığım stolüstü oyun oldu. Adını bilmədiyim ama illərdi oynadığım və hər oynayanda ayrı bir zövq aldığım o oyun stolu.

IMG_20211010_004930_208.jpg

Bunu bitirdikdən sora keçdim stolüstü fulbol oyununa. Bunu düzü ilk dəfə idi oynayırdım. Bu səbəbdən demək olarkı heç bacarmadım. Biraz qurcalandım və maraqsız gəldi.

IMG_20211010_004934_885.jpg

Sonra getdim ekranda maşın yarışına. Mən sürmədim sadəcə şəkil çəkdirdim burda.

IMG_20211010_004901_382.jpg

Bunun daha yaxşı bir variantıda var. Ama bu oyunda qiymət digərinə nisbətən daha yüksəkdir.

IMG_20211010_004918_530.jpg

Girmək istəmirdim ama maraqlı və biraz fərqli oldu mənim üçün. Yaxşıki girdik və günümüzə rəng qatdıq.
Əlavə olaraq onuda qeyd edimki içəridə olan əyləncələr hamısı kartladır. Siz içəri daxil olub 1azn ödəniş edərək kart almalısınız. Və oyun yerlərindən istifadə etmək üçün əlavə ödəniş edirsiz.
Hər birinizə rəngarəng həyat arzu edirəm əziz oxucular.

dəyərli vaxtınızı ayırıb oxuduğunuz üçün təşəkkür edirəm.

Yeni postlarda görüşmək diləyi ilə
@miri97

CC @steemcurator01

Sort:  

Dünən biz də elə elədik Miri. Gülay deyir ki, ana əvvəl qiyməti soruş, sonra baxaq. Sən heç olmasa içəri girmisən. Biz binaya baxıb gözümüzün qurdunu öldürdük))

 3 years ago 

🤣🤣

 3 years ago 

Kimlə getdin?

 3 years ago 

Böyük qüvvə ilə)

bu əyləncəli oyun deyil

 3 years ago 

Kasıf olsan sənçündə əyləncəli olar. Ətəğa sən mənə çox ilişirsən😃

Coin Marketplace

STEEM 0.21
TRX 0.12
JST 0.029
BTC 66303.73
ETH 3592.29
USDT 1.00
SBD 2.61