Shiba koin 1usd?

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam əziz və dəyərli steemitçilər.
Steemitdə olduğumuz üçün hər birimizin az çox kriptovalyutalar,koinlər haqqında məlumatımız vardır mütləq. Çünki bizim post paylaşaraq qazandığımız gəlirlərdə kriptovalyuta formasında(steemdollar və steem) hesabımıza daxil olur.
Kriptovalyata olan maraq artdıqca yeni koinlərdə bazara daxil olur. Bunlardan bir çoxu şit yəni aldadıcı koinlərdir. Bu səbəbdən yatırım edərkən diqqətli olmaq mütləqdir.
Bildiyimiz kimi bu koinlər içində ən çox tanınanı Bitkoindir.
Lakin Bitkoinlə yanaşı bazar həcmi yüksək olan bir sürü koinlər vardır.
Bunlardan biridə Shiba'dır.

Shiba_coin_logo.png
Foto
Shiba koin hazırda Coinmarketcap siyahısında 14cü sıradadır.
Bir çoxlarının dediyinə görə Shiba 1usd qədər dəyər qazanacaq.
Bəs sizcə bu mümkündürmü.!?

maxresdefault.jpg
Foto
Sizə uzun va qarışıq yolla deyil daha anlayışlı və daha məntiqli formada qısaca aydınlıq gətirəcəm.
Bildiyimiz kimi Shibanın ümumi sayı 590 trilyona yaxındır. Shiba əgər gələcəkdə 1usd dəyər qazanarsa, bu Shibanın ümumi bazar dəyərinin 590 trilyonluq bir paya sahib olması deməkdir.

shiba-inu-ekibi-dolandiricilik-uyarisi-687x400.jpg
Foto
Düşünsək ki, hazırda kriptovalyuta bazarının ümumi həcmi 2 trilyon civarındadır,buda Shibanın hazırki vəziyyətdə bu dəyərə gəlib çxmasının mümkünsüz olduğu deməkdir.
Mən düşünürəmki bu sayla davam edərsə Shiba ən yaxşı halda 0.001'ə qədər yüksələ bilər. Əlbətdə gələcəkdə nə olacağını bilmirik. Kriptovalyuta bazarında gözlənilməz hadisələrdə az baş verməyib. Bu səbəbdən nəyisə dəqiqliklə deməkdə mümkün deyil və deyilməsidə düzgün olmaz.

Qısaca izah vermək istədim. Əgər maraqlı fikir və düşüncələriniz varsa rəy yazıb məlumatlandırsaz sevə-sevə oxuyaram.
Və bu dediklərim yatırım tövsiyəsi deyil. Alın və ya almayın demirəm. İstər Shiba istərsədə başqa bir koini almazdan əvvəl araşdırmağınız sizin üçün daha yaxşı olar.

Bol qazanclar.

Sort:  
 2 years ago 

Shiba tokenlər yandırılmasa çox dəyər qazanması mümkünsüzdür.

 2 years ago 

Eyniylə

 2 years ago (edited)

shiba 50 senti vuracaq nə yolnan var edəcək bunu.Yandıraraq cırmağlıyarağ edəcək.Uzun müddətə olacaq aşğısı 2 il yuxarısı 4 il

 2 years ago 

Birdə mən shiba kimi coinləri qısa müddətdə gözləmirəm almağ istiyəndə alıb yadınnan çıxarmalıdır 3-5 il sora ayılıb pulunu götürməlidir.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59238.58
ETH 3176.28
USDT 1.00
SBD 2.45