Pakhlava Boutique

in Steemit Azerbaijan☪✔3 years ago

Qohum olan gənclərlə çoxdandı bir araya gəlmirdik. Bir neçə gün bundan əvvəl zəng vurdular və bir araya gəlib biraz söhbətləşək dedilər.
Xalam oğlu İsmi yaxşı bir yer tanıdığnı bildirdi lakin qiymətləri biraz bahadı dedi.
Kafenin adı "Pakhlava Boutique" idi.

Screenshot_20211220-145753_Gallery.jpg

Beləcə xalam oğlanları İsmi,Rahib ,Ramiz ,dayımoğlu Pərviz və mən birlikdə sözügedən kafeyə yollandıq.
İçəri o qədərdə geniş deildi.
Diqqətimi içəridə şatışda olan müxtəlif növdən olan çaylar çəkdi.

Screenshot_20211220-145630_Gallery.jpg

Yaxınlaşdm və qiymətləri maraqlandım. Maraqlanmaz olaydm).
Qiymətlər od tutub yanır. Burdakı çayların qiyməti 65 manatdan başlayrdı 250manata qədər.
Satıcı onların əsl çay olduğunu bildirdi. Bəs əsl çay bu qiymətədirsə onda mənim hər dəfə evə aldığım kilosu 15manat 40qəpiyə olan nədi bəs.) Yəni mən bu yaşıma kimi çay adı altında nə almışam nə içmişəm.
Burda çaylarnan yanaşı başqa növ şəfalı bitkilərin və onlardan hazırlanmış müxtəlif növ qarışımlarında satışı var.

Screenshot_20211220-145617_Gallery.jpg

İçəridə qiymətlərlə maraqlandıqdan sonra əsil gəliş səbəbimiz olan çay söhbətinə qaytdıq. Və çay yanındada paxlava sifariş verdik.
Çay 5manata paxlavanın bir dilimi 80 qəpiyə idi.

Screenshot_20211220-145700_Gallery.jpg

4 çaynik çay içdik və hərəyə 3 dilim paxlava.

Screenshot_20211220-145734_Gallery.jpg

Düzü o qədərdə xoşum gəlmədi. Qiymətlər şişirdilmişdi. Bəlkədə yerlilər üçün nəzərdə tutulmayan bir məkan idi biz oturduq. Ama hər bir halda hesab mənlik olmadığı üçün mən rahat idim.)

Screenshot_20211220-145611_Gallery.jpg

Sort:  
 3 years ago 

Nuş olsun!

 3 years ago 

Çox sağol😊

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59238.58
ETH 3176.28
USDT 1.00
SBD 2.45