Gürcü mətbəxinə aid xaçapuri

in Steemit Azerbaijan☪✔3 years ago

Hazırlanması

0A9B0A0E-AA61-423D-9837-6236A0A51E25.jpeg

Tərkibi:
4-5 stəkan un (unun keyfiyyətindən aslı olarak bu miqdar dəyişə bilir)
1 stəkan ilıq su
1 çay qaşığı maya
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı duz
1 yumurta
2 xörək qaşığı yağlı qatıq yaxud mayonez
50 qr kərə yağı

İçlik:
250 qr ağ bərk pendir və yaxud sulquni pendiri
150 qr holland pendiri
1 yumurta
Xəmirin içini yağlamaq üçün 200 qr kərə yağı

Üzəri üçün 1 yumurta sarısı, 1 çay qaşığı süd sonda üzərinə süsən və ya çörəkotu səpilir

Hazırlanma qaydası: Xəmir yoğrulur, daha sonra 1 saat xəmir mayalanır, və xəmir mayalandıqdan sonra 8 kündəyə ayrılır, kündə yayılır nazik şəkildə, yağlanır daha sonra qatlanır, qatlanılan hissəni təkrar yağlayırıq və xəmiri dördbucaq şəklində qatlayırıq, beləliklə hər kündəni yağlıyıb bu şəkildə qatlayırıq, sonra təkrar 1-ci qatladığımız xəmiri götürürük içlikdən yerləşdirib, kənarlarını bükürük. Üzərini yumurta ilə yağlayıb, tava listinə yağlı kağız sərib tava listinə yerləşdiririk, 180 dərəcədə 15-20 dəqiqə bişiririk.

CE24A61C-AFFD-4735-8CC6-B1E356A8B55E.jpeg

Çox dadlı və ləzzətli xaçapurini hazırlayıb siz də dadına baxabilərsiniz.
Nuş olsun!

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.029
BTC 65647.77
ETH 3166.18
USDT 1.00
SBD 2.60