Panadol
Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun. Cüməniz mübarək, canınız sağ, cibiniz də dolu olsun.
Srağa gün evdən zəng gəldi ki, gələndə bu gördüyünüz "panadol" adlı dərmanı al. Girdim aptekdə:
-panadol var?
Aptekdə işləyən xanım dedi ki, bəli var. Nə isə 4 m. verib dərmanı aldım. Gəldim evə, dərmanı da qoydum stolun üstünə. Birdən oğlum dedi ki, bu necə "panadol"dur, mən keçən dəfə almışdım, ancaq belə deyildi. Qutunu götürüb baxdım ki, uşaq üçündür. Dedim ki, aparıb qaytararam. Səhər oqlum gedib yaxınlıqdakı aptekdən istədiyi "panadol"u alıb gəldi. Soruşdum ki, neçəyə aldın? 3 manata aldığnı söylədi.
Dünən işim olduğundan, həm də yolum o tərəfdən düşmədiyinə görə dərmanı qaytara bilmədim. Bu gün də işim var idi. Dərmanı da götürdüm ki, qaytarım. Yaxşı ki, dərmanın qəbzini saxlamışdım. Yolda ağlıma girdi ki, bunun şəkilini çəkim. İndi hər tərafə baxıram ki, bu dərmanı hara qoyum ki, şəkilini çəkim. Artıq aptekə çatıram. Məhəllədən keçərkən stol gördüm. Dərmanın şəkilini çəkməyə yer tapdım. Axır gəlib çatdım aptekə. Xanıma dedim ki, bu dərmanı sizdən almışam. Səhvən almışam, qaytarmaq istəyirəm. Xanım dərmanı götürüb keçdi yan otağa. Başqa bir xanım əlində dərman qayıtdı. Kimdir bu dərmanı qaytaran - deyə soruşdu. Dedim ki, mənəm. Dedi ki, dayı, mən nə bilim ki, bu dərmanı burdan almısız. Qəbzi göstərdim. Soruşdu ki, bəs niyə qaytarırsan? Dedim danışsam uzun çəkəcək, pulu ver gedim, işim var. Pulu alıb işimin dalınca getdim