Odun

in Steemit Azerbaijan☪✔3 years ago

Hər vaxtınız xeyirli olsun.

IMG_20211220_160641.jpg

Odun demək olar ki, insan yaranan zamanlardan bu günə kimi istifadə olunan yanacaq vasitəsidir. Baxmayaraq ki, qaz neft ölkəsində yaşayırıq, lakin hələ də bir çox rayon və kəndlərdə odundan istifadə edirlər. Düzdür odunun ləzzətli tam başqadır, ancaq kəndlərdə meşə qalmayıb, doğrayıb satıblar. Heç olmasa doğradıqları ağaçların yerinə yenilərini əksələr yaxşı olardı.

IMG_20220110_230336.jpg

Şəhərlərdə o qədər təhlükəli yaşlı ağaclar var ki, onları səliqəli budayıb satsınlar. Həm ağaclar cavanlaşar, həm də insanlar bu təhlükəli ağaclardan qurtular. Bu odunları bağda çəkmişəm. Neçə il bundan əvvəl bir maşın almışdım. O vaxt qaz çəkilməmişdi. Odundan istifadə edirdik. Odun ki, çırta-çırtla yanır e, onun başqa ləzzəti var. Hal hazırda odunun qiyməti bahadır, lakin qazın ki, qiyməti qalxıb, odun qazdan ucuz başa gəlir. Ümumiyyətlə, bağda, kənddə hər zaman ehtiyatda odun olmalıdır.

IMG_20220110_230402.jpg

Sort:  
 3 years ago 

Bir dəfə kənddə balta ilə birnəfəsə bir maşın peçboyu odun doğramışam.

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 61434.10
ETH 2474.37
USDT 1.00
SBD 2.64