Yenə bağdayam

in Steemit Azerbaijan☪✔last year

Haqqın yanında olan hər bir kəsə Allahın salamı olsun.

IMG20230509095054.jpg

Artıq havalar düzəlib, bağ mövsümü başlayıb. Bildiyiniz kimi bağın işi qurtarmır. Ağaclar çiçək açıb, dərmanlamaq lazımdır. Ağaclara qulluq etmək lazımdır ki, yaxşı bar versinlər.

IMG20230509095048.jpg

Bağın hər tərəfi gül - çiçəkdir, bu insana o qədər xoş təsir edir ki... bağa gələndə, getmək istəmirəm. Bura çox sakit yerdir, qonşular çox mehribandir, desəm inanmazsız, burda adama heç pul da lazım olmur.

IMG20230509095249.jpg

Anam bütün günü bağda çalışır, onu belə gümrah saxlayan elə bu bağdır. Bütün bu yaşıllığı anam yaradıb. Zəhmətkeş insandır. Ataların yaxşı bir sözü var: " bağa baxarsan bağ olar, baxmazsan dağ olar"

IMG20230509095343.jpg

Artıq ağaclar meyvə gətirir. Bir vaxtlar bu ağaclar bir çubuq idi, indi isə bar verən bir ağaclardır. İndi bağda suyu kəsiblər, elə bil düşməndilər. Hər il bu vaxtlar suyu kəsirlər. Ancaq su pulunu alırlar. Kimə şikayət edirsən, kömək edən yoxdur. Kömək deyəndə ki, bu onların vəzifəsidir.

IMG20230509110923.jpg

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.033
BTC 64009.58
ETH 2760.74
USDT 1.00
SBD 2.65