Requiem🎶||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salamlar... İlk postumda musiqi təhsili aldığımı qeyd etmişdim. Musiqi uşaqlıqdan məşğul olduğum bir sahədir. 3-cü sinifdən bəri piano çalıram və o yaşımdan xəyalını qurduğum daha sonra isə məqsədə çevirdiyim məktəbdə oxuyuram. Əslində dəfələrlə bu məqsədimdən dönmüş başqa sahələrə yönəlsəm daha yaxşı olar deyə düşünmüşəm. Bunun səbəblərindən bir neçəsi də budur ki, bəzən musiqi sahəsinə özümü aid edə bilməməyim, illərlə məşğul olduğum halda ya bacara bilməzsəm qorxusu idi. Amma sonra marağım olmadığı bir sahəni öyrənməyə çalışmaqdansa, həmişə istədiyim, hər dəfəsində yenilikləri üçün can atdığım bu sahə mənə daha cazip gəldi. Bunlardan əlavə qıraqdan dinləyib zövq almaqdansa, həm ifa edib, həm hiss etmək daha əyləncəlidir. Əslində musiqi ilə məşğul olmaq sadəcə hansısa alətdə ifa etmək deyil, bunun yanında başqa biliklərə yiyələnmək də deməkdir.

IMG_20220204_210246.jpg

Sizə mənim üçün maraqlı olan bir əsərdən bəhs etmək istəyirəm. Yəqinki, V. A. Motsart və onun bir çox əsəri ilə tanışsınız. Bu bəstəkarın yaradıcılığında "Requiem" əsəri xüsusən diqqətimi çəkir. Əsərin gözəlliyi, böyüklüyü, ifası ilə yanaşı yaranma müddəti də çox maraqlıdır. Bəstəkar "Requiem"i həyatının sonuna yaxın yazmağa başlamışdır. Beləki, o, yataq xəstəsi olarkən bir nəfər qara paltarlı şəxs gəlir və ona kilsədə ifa olunan matəm xarakterli xor əsəri yazmağı tapşırır. Motsart ilk baxışda ona fikir verməsə də həmin şəxsin ikinci gəlişindən sonra bəstəkar qərara gəlir ki, bu təsadüf deyil və əsər üzərində işləməyə başlayır. Lakin onun ölümü yaxınlaşır, bunu hiss edən bəstəkar anlayır ki, əslində "Requiem" məhz öz ölümü üçün yazdığı matəm əsəridir. Motsart əsər üzərində çox sürətlə işləyirdi. Buna baxmayaraq o, "Requiem"i bitirə bilmir. Motsartın ölümündən sonra tələbələrindən biri əsəri tamamlayır. Hətta çox sonralar F. Şopenin vəsiyyəti ilə cənazəsinin üstündə Motsarın "Requiem" i çalınmışdır. Belə bir acı gərçək də var ki, Motsartın qəbri indiyəcən məlum deyil. Çünki bəstəkar dekabr ayında vəfat etmiş və ölümü zamanı yanında nə ailəsi, nə də tanışlarından heç kim olmadığı üçün ümumi qəbirstanlıqda bir çox insanla toplu şəkildə dəfn edilib.

IMG_20220204_220835.jpg

Nədənsə bu gərçək məni hər dəfəsində üzür. Cəmi 36 il yaşamasına baxmayaraq çox geniş bir yaradıcılığa malik olan bu şəxsin heç dəfn yeri belə məlum deyil. Nəysə bu postum biraz uzun oldu. Əslində bunun kimi musiqi də daha neçə maraqlı nüanslar var. Sonraki postlarda onlardan da danışarıq. Hələlik.))

Sort:  
 3 years ago 

Birinci dəfə idi bu haqda eşidirdim. Belə yazılar ilə gəlin bizə. Əhsən.

 3 years ago 

təşəkkürlər🙃

Maraqlı post idi, davamını gözləyirəm👌🏻☺️

 3 years ago 

✌🏻😄

 3 years ago 

Bacara bilməzsən qorxusu heç kəsdə olmamalıdır.Nə də olsa imkansız deyə bir şey yoxdur.Uğurlarr seçimlərində✨

 3 years ago 

😌 təşəkkürlər

 3 years ago 

Çox maraqlı məlumat oldu həqiqətən. Olduğu qədər də üzücü oldu. Nədənsə çox vaxt belə olur. Növbəti postları səbirsizliklə gözləyirik👍

 3 years ago 

🙂təşəkkürlərr

 3 years ago 

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

Coin Marketplace

STEEM 0.19
TRX 0.18
JST 0.031
BTC 87795.00
ETH 3172.09
USDT 1.00
SBD 2.82