Moonlight Sonata🌙 ||#club5050

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salamlar... Sizə sevdiyim musiqi parçalarından olan "Ay Sonata" (Moonlight Sonata) və onun yaradıcısı Bethovendən bəhs etmək istəyirəm Yəqin ki, çoxunuz Bethoveni "Für Elise" əsəri ilə tanıyırsız. Amma mənim üçün "Ay Sonata"nın xüsusi yeri var. Hər dinlədiyim də gözümdə fərqli pərdələr, hadisələr canlanır.

IMG_20220207_020458.jpg

Əsərin yaranması haqqında belə bir rəvayət var ki, bəstəkar dostu ilə küçədə gedərkən bir evdən gələn piano səsi onun diqqətini çəkir. Kimin ifa etdiyini bilmək üçün səs gələn evə daxil olduqda kiçik bir qız uşağı olduğunu görür, ancaq sonradan qızın kor olduğunu anlayır. Bu hadisə bəstəkara o qədər təsir edir ki, qıza ondan bir şey istəməsini söyləyir. Qız isə heç vaxt ay işığını görmədiyini və ona ay işığını təsvir etməsini istəyir. Bu hadisədən sonra bəstəkar "Ay Sonatası"nı bəstələyir. Əsərin gərçək hekayəsi isə bu şəkildədir: Bethoven 20-li yaşlarının sonunda eşitmə qabiliyyətini itirmiş, hər nə qədər ağır depressiyada olsada əsər bəstələməkdən, öz üzərində işləməkdən vaz keçməmişdir. "Ay Sonatası"da bu dövrdə yazdığı əsərlərdən biridir. Bunlar məni heyrətləndirən gerçəklərdən biridir. Düşünün bir insan eşitmir ancaq bütün çətinliklərə rəğmən adından söz etdirəcək əsərlər bəstələyir. Onun musiqiyə gətirdiyi yeniliklər az deyil. Bu haqda musiqi ilə məşğul olanlar yaxşı bilər. Bethoven haqqında danışıb 9-cu simfoniyasına toxunmasam olmaz. Bu simfoniyanı bəstələyərkən də o, kar idi. Lakin onun bu vəziyyəti bu əsəri bəstələməsinə mane ola bilmədi. 9-cu simfoniya bəstəkarın ən novator, həmçinin ən maraqlı əsərlərindən biridir. Simfoniyanın ilk ifası zamanı bəstəkar əsərin sonunda dinləyicilərin təəssüratından qorxub üzünü tamaşaçılara çevirməmiş, sonradan müğənnilərdən biri onun üzünü çevirmiş və hərkəsin onu necə rəğbətlə alqışladığını göstərmişdi.Bilmirəm bəlkə də bu hadisə çoxunuz üçün sıradan gələ bilər, lakin mənim üçün çox təsirləndiricidir.

IMG_20220207_020416.jpg

Bu dəfə ki postumdan bu qədər. Hələlik.))

Sort:  
 2 years ago 

Bunları məndə musiqiyə gedəndə oxumuşam, düzdü, maraqlıdı. Bir o qədərdə təqdirə layiq:)) Ayaqda alqışlamaq istəyirəm belə əzmkar insanları👏🏻

 2 years ago 

🤝🏻

 2 years ago 

Qələminə sağlıq👌🏻✨

 2 years ago 

təşəkkürlər)✨

Coin Marketplace

STEEM 0.19
TRX 0.13
JST 0.028
BTC 64970.70
ETH 3238.82
USDT 1.00
SBD 2.64