Madam Black ||#club5050||
Salamlar... Necəsiniz steemit ailəsi?
Sizə sevdiyim mahnılardan biri "Mademoiselle Noir" haqqında danışmaq istəyirəm. Mahnı bir qadının Madam Black'ın hekayəsindən bəhs edir. Bu qadın Rapunzel nağılının yazıldığı və danışıldığı dövrdə yaşamış, saçları Rapunzel kimi uzun bir qadınmış. Ancaq Madam Black sarı saçlı, rəngarəng geyinən Rapunzel kimi deyilmiş. O, solğun dərili, uzun qara saçlı və qara qaşlı idi. Həmişə qara rəngli paltarlar geyinər və kədərli görünərmiş. Bu qadın yaşadığı şəhərin adamları ilə eyni dildə danışmırdı, ona görə də nə desə, nə danışsa heç kəs başa düşmürdü. Bir gün qadını görən şəhər sakini geyiminə, saçına görə ondan qorxur. Bütün şəhər qadın haqqında danışır, onun "diri ölü" ya da "şeytan" ola biləcəyini düşünürdülər. Şeytanın insanlar arasında dolaşdığına inanılan bu dövrdə sakinlər Madam Black'ı hamıdan fərqli olduğu üçün şeytan kimi qəbul etmiş və bir araya gələrək onu alov içində yandıraraq həyatına son qoymuşlar.
Madam Black sırf Rapunzel ya da başqaları kimi gözəl, rəngarəng, sevəcan deyildə qaranlıq bir yapıya malik olduğu üçün bu cür qarşılanmışdı. Gərçək həyat da bu cürdü, fərqlilər həmişə dışlanır, "gözə batır". İnsanlar fərqlilikləri sevməz, onları həyatlarından çıxarmaq üçün çabalıyarlar. Bu fərqliliklərə görə sevilməməyə məhkum olduqlarına isə insanlar qərar verir. Hansı ki, öz dünyalarında böyük, gərçəkdə kiçik olan insanlar... Birini tanımadan, dinləmədən insan olduğunu düşünmədən yargılamaq necə acı bir gərçək...
* İnsanlar biri-birlərini tanımağın nə qədər çətin olduğunu bildiklərininə görə, bu zəhmət tələb edən işə girişməyə təşəbbüs etməkdənsə, biri-birlərinə kor-koranə yanaşmağı üstün tuturlar.*
- Sabahattin Ali
👏👏👏👍👍👍
🙂🙂