ÜMİD VAR OLMANIN SƏBƏBİDİR, ÜMİDSİZLİK ÖLÜMDÜR!

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

"Şahnamə"dən:
Rüstəm Zal tanımadığı oğlunu döyüşdə öldürür və oğlu olduğunu biləndə ona ayan olur ki, sağalmasının bircə yolu var; gərək qırx gün, qırx gecə belində daşıyasan. O da oğlunu belinə alıb daşıyır - ac-susuz, günəşdə-yağışda... Amma oğul sevgisi bütün çətinliklərə üstün gəlir... 39-cu gün çayın kənarında keçəni sabunlayıb yuyan bir qarıya rast gəlir və nə etdiyini soruşur. Qarı deyir, yuyuram ki ağarsın. Rüstəm Zal gülür ki, ay qarı, keçəni yumaqla heç ağararmı? Onda qarı da soruşur ki, bəs sən necə inanırsan ki, ölmüş adam beldə gəzdirməklə sağalsın? Bir anlığa pəhləvanın qolları boşalır və oğlu yerə düşür. Düşəndə bir inilti eşidir. Və dirilməkdə olan oğlu bu dəfə gerçəkdən ölür. Tez qarıya tərəf dönür və şeytanın qəhqəhəsini eşidir...
"İnsan ancaq ümid və inamını itirəndə şeytan qələbə çala bilir."
Rüstəm_Zal_və_Ağ_Div.jpg

Şəklin Linki

Из "Шахнаме".
Рустам Зал убивает в бою своего сына,которого не знал и узнав об этом,он решается носить его на своей спине 40 дней,чтоб спасти его.Таким образом,в солнце и в дождь,голодный и мучимый жаждой,он каждый день носит его на своей спине. Любовь к сыну заставляет преодолеть все трудности.На 39-ый день он у берега реки встречает старуху,которая намыливала и стирала войлок и спрашивает у нее,что она делает.Старуха ответила,что моет и хочет,чтоб войлок побелел.Рустам Зал смеясь сказал:"Старуха,разве войлок побелеет?".Тогда старуха спрашивает,что нося мертвего человека на спине,человек выздоравливает разве?В одно мгновенье руки богатыря опускаются и сын падая на землю,начинает стонать.Оживший сын и на самом деле. скончался.Богатырь резко смотрит в сторону старухи и вдруг слышит хохот дьявола... "Дьявол побеждает тогда,когда человек теряет надежду и доверие".

Sort:  
 3 years ago 

İşıqlı sabahlara ümid edərək qaranlıq gecələrə öyrəşir insan)

 3 years ago 

Və bu öyrəşmə şüuraltına oturuşanda mövcüd durumla barışmalı olursan)

 3 years ago 

Ümidsiz insan qanadsız quş kimidir

 3 years ago 

Elədir qardaş, Allah ümidsizləri sevməz!

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62784.34
ETH 3337.95
USDT 1.00
SBD 2.47