TƏKƏRƏ DÜŞMƏK 😊

in Steemit Azerbaijan☪✔3 years ago

Azərbaycan dilinin frazeologiya lügətində "təkərə düşmək" ifadəsi belə izah olunur: - bir anlığa nə baş verdiyini dərk etməmək, tutulub qalmaq; söhbətin nədən getdiyini başa düşməmək; ~ söhbəti tutmamaq.
IMG-20190708-WA0006.jpg

Mənim Qazaxıstana getməyim network marketing sahəsi üzrə oldu. Rus dilində normal olaraq ancaq Привет və Как дела? sözlərini bilirdim. )). Söhbət 2018-ci ilin fevralından gedir. Komandama feyzbukdan tanış olub qeydiyyat etdiyim ilk nəfər artıq məni başa düşürdü yarımçıq ifadələrimdən)). Amma, gündən günə böyüyən komandaya prezentasiya, həftə iclası və.s lazımdır. Nə isə bir azərbaycanlı ilə tanış olduq. Bu nəfər komanda üçün mənim dediklərimi rus dilinə çevirirdi.

IMG-20190708-WA0000.jpg

İlk izah etdiyim şeylərdən biri "təkərə düşmək" idi 😂. Çünki neqativ elə bir şeydir ki ona yoluxmaq çox asandır, amma pozitiv şeylərə köklənmək adamda bir çox müsbət keyfiyyətlər tələb edir. Yeni nəfər ikən gündə gedib marketing planını dost-tanışlarına tək başına izah etmək istəyərkən, tam mənfilənib geri dönənlərə bu təkərə düşmək ifadəsini xatırladırdım. Amma, ofisdən çıxıb yenə plansız hərəkət edərdilər. Mən də yeni nəfərlər təkərə düşməməyi üçün bilikləndirməklə yanaşı digər kreativ yollar düşünürdüm.
IMG-20190708-WA0002.jpg
Bir gün belə gətirdi ki, Karaqanda şəhərində yol üstü işim olduğu üçün Almatıdan Astanaya (Nur-Sultana) təyyarə ilə deyil, taksi ilə gedəsi oldum. Bir neçə min km-lik yol taksi ilə 20 saata yaxın vaxtda qət edilir. Bir neçə şəhərdən keçməli olursan. Balxaş şəhərinin yaxınlığında (Balxaş gölü eşitmiş olarsız) kafedə yemək yeməli olduq. Ucsuz-bucaqsız çölün ortasındakı kafenin yanında bu böyük təkərlər nəzərimi cəlb etdi. Vaxt itirmədən bu təkərlərlə selfi çəkdim 😀. Bundan sonra işim nisbətən rahatlaşdı. Bu böyük Təkərlərlə olan şəkli iş votsapımda profil şəkili etdim. Bundan sonra bir nəfər şikayət yazmırdı. Çünki, profil şəklimdə tez təkərləri görübən başa düşürdü ki, onu təkərə salıblar, təkərdədir. Çıxmalısan təkərdən, davam etməlisən. Necə deyərlər только вперёд!
IMG-20190708-WA0004.jpg

Sort:  
 3 years ago 

Can Qardaş bu #steemitazerbaijan Səni də xəstəliyə salıb. Bir tərəfdə digər işlər, digər tərəfdən Steemit😉 Qazaxıstan sözünü oxuyanda eşidəndə beynimdə ilk formalaşan ilk fikir узкие глазные брунеткалардыр😍😍😍 ALLAH kəssin xasiyyətimi...🤦🏻‍♂️ Sonra isə krisvorddan da bildiyim Kazak- Ataman söhbəti... ALLAH işlərində uğurlar, bol qazanclar nəsib etsin. ALLAH Sizi qorusun AMİN İNŞƏƏALLAH🤲

 3 years ago 

Allah ömür versin, qardaşım. Allah sənə də xeyir versin🙏🙂

 3 years ago 

Cümləmizlə AMİN İNŞƏƏALLAH🤲

 3 years ago 

Öz ölkəmizin sərvətlərindən uzaq düşüb başqa ölkələrə getmək məcburiyyətində qalan vətəndaşlar(
Birdir, ikidir?
Qardaşlarım da Ukraynadadır, ailələrindən uzaqda bir tikə qazanc üçün.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63350.70
ETH 2595.60
USDT 1.00
SBD 2.85