ƏLİ NASİR | ŞALVAR - VAR

in Steemit Azerbaijan☪✔3 years ago

Dəyərli #SteemitAzerbaijan ailəsi, öncəki postda sizə bu şeir fomasında talış dilində yazdığım bir nümunəni təqdim etdim. Məlumat vermişdim ki, bu formalı şeirin müəllifi Ustad Əli Nasirdir. Onun məşhur bir şeirini sizin üçün paylaşıram. İnanıram sizin üçün çox maraqlı olar.

Şalvar-var

( Yalan yazsam Tanrı kəsilir qənim,
Doğru yazsam bəndə olur düşmənim. )

Səsləndi, oyandıq hamı sübhə? - hə.
Azad elədi milləti cəbhə? - hə.

Aldıqca vəzifə çoxu sərməst - məst.
Dindim ki deyirlər: a filankəs - kəs!

Dostlar da uzaqlaşdı ki, şərsən - sən,
Guya çıxıram "bəylərə" düşmən -mən.

Xəlvətdə fəqət bəy ilə keçəl - əl,
Aşkarda tap hansındadır əngəl - gəl.

Lütlər neçə vaxtdır gəzir əlac - ac,
Bir baş tapıla ki, ona möhtac - tac.

Yıxdı sürüdü milləti lakin - kin,
Gör neylədi, oldu ona hakim - kim?

Haqqın ki, tələb etmədi nankor - kor,
Olsun başı üstündəki "nadzor" - zor.

İllərdi yenə istəyir imdad - dad,
Guya edəcək halına fəryad - yad.

İndi gedir əldən ona havar - var?
Bəs neyçün olubdur o "xilaskar" - kar?

Etmiş daha sarsağ ilə yaltağ - ağ,
Comərdlər ölür, amma qurumsağ - sağ.

Olmuşmu görən zərrə həqiqət - qət?
Alsın necə on beş minə millət - ət?

Öldürdü xəcalət məni zinhar - ar,
Bağ-bağça dükan oldu, tulanbar - bar.

Bəsdir desəm etdiz daha "mus-mus" - mus,
Bir çoxları söylər yenə əfsus - sus!

Qazlar kəsilir ev becəhənnəm - nəm,
Sönməkdə işıqlar gecə bahəm - həm.

Tapsaz bizə də göndərin axşam - şam,
Qundağda tifil olmayır aram - ram.

Bər-bər bərəlir gözləri nagah - gah,
Ta sübh çəkirəm halına vallah - ah.

Bəxt onda yazılmış bizə bəlkəm - kəm?
Olmuş o zaman ki, qoca Adəm - dəm.

Çoxdandı ki, çalmır daha Muxtar - tar,
Yazıq gicəlib, arvadı Gülzar - zar.

Resseptləri doktora deyir yaz - az,
Nə əldə, nə aptekdə tapılmaz - maz.

Açdı bu gecə sizlərə Nasir - sirr,
Şükr eyləyin əynizdə o şalvar - var!!!

Əli Nasir

InShot_20211106_015837645.jpg

Sort:  
 3 years ago 

Çox gözəl şairdir. Şəxsən özüm də tanıyıram , bizə gələndə çox fəxr edirdim😊

 3 years ago 

Bəli. Yadımdadır gəlməyi. Mənim dayımdır. Allah ölənlərinizə rəhmət eləsin!

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60023.73
ETH 3191.15
USDT 1.00
SBD 2.45