KƏNDİMİZİN II QARABAĞ DÖYÜŞÜNDƏKİ ŞƏHİDİ | BÜTÜN ŞƏHİDLƏRMİZİN RUHU ŞAD OLSUN!

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Şəhid Rəhimov Sadiq Nadir oğlunun doğum günüdür.
10.12.1997-ci ildə Lerik rayonu, Veri Əliabad kəndində anadan olub. Sadiq Vətən müharibəsində igidlik və mərdlik göstərərək 03.11.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

20211211_183947.jpg
*Portret həmyerlimiz rəssam İxtiyar Orucov tərəfindən çəkilmişdir.

Şəhidimiz subay idi.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Şuşanın alınmasında xüsusi fədəkarlıq nümayiş etdirən Lerikimizin fəxri, və Şuşanın alınması haqqında Cənab Prezident İlham Əliyevə məruzə edən XTQ zabiti, Veri-Əliabad kəndindən olan Rəhimov Zaur Şirinbəy oğlu şəhidimizin dayıdır.

Şəhidimizin böyük qardaşı da ağır döyüşlərdə iştirak edən zabit idi.
Əmisi Valeh Rəhimov I Qarabağ Müharibəsində şəhid olmuşdu.

20211211_184417.jpg

Sort:  

Allah bütün şəhidlərimizə rəhmət etsin.🙏🏻

 3 years ago 

Amin!

Allah bütün şəhidlərimizə rəhmət eləsin.Ailələrinə səbr versin....

 3 years ago 

Amin!

 3 years ago 

Allah rəhmət eləsin!

 3 years ago 

Amin!

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60078.84
ETH 3197.52
USDT 1.00
SBD 2.45