GÜNDƏM - ÇOX MARAQLI QURULUŞA MALİK YENİ ŞEİRİMDƏ

in Steemit Azerbaijan☪✔3 years ago

20220105_022033.jpg

Gündən günə dəyşir yenə əhval - val,
Bir seyr elə gör nə cürdü mahal - hal?

İllərdi yığıldı ordu, qüvvə - və
-bəs indi görək tazə bəhanə - nə?

İndi tikilir tazə Qarabağ - bağ,
Fəqir, ye yaşa, çörək sarımsaq - sağ.

Gəlmiş bu qərar hansı de nadan`dan,
Çörəklə edir xalqı imtahan - an!

50 manatdır indi un meşok - şok!
Qalxar hələ qənd, yağ, çay, pesok - sok.

Şəhid Anası! Qayğıya möhtac - Tac!
Dərd içrə yaşar qazi yalavac - ac.

Sanki eləyir bir belə fəryad - yad,
Təsəllisi: qoymuş Şəhid övlad - Ad!

İnşa edilir gündə aerport - port,
Stadion, otellər, necə konfort - fort.

Xaricilər oynar bizə futbol - bol,
Ac qarna baxıb qışqırarıq: Qol! Qol!

Qalxar nə vaxta zalimə bayrağ* - ağ,
Satqınların olar kefi ancağ* - cağ.

Müxalif olan qüvvəyə vacib - cib,
Tamah onların yerlərin edib - dib.

İl tazədir, olmaz dəxi pələng-ləng,
Qoymaz bizi çaqqallar edə dəng - əng.

Gəl Mirfayaza söyləmə əhsən - sən,
Doğru dedim oldum yenə düşmən - mən!

Mirfayaz Likməkani
04.01.2022

20220101_181534.jpg

Sort:  
 3 years ago 

Fikirləriniz maraqlıdır!

 3 years ago (edited)

Can Qardaşı Yeni il düşərli olsun uğur gətirsin deyərək 1-1mizə arzu,diləklərimizi bildirirdik...Mən də Pessimistlər kimi cavabımda Yeni ilə bahalaşma ilə giririk nə düşərlilikdən danışa bilərik?🤨😔 Bizim uzaqgörənlərin hesabatı ilə hesablasaq ən aşağı qiymətli çörək 100qr = 10 qəp. Vaxtı ilə indiki 10 qəpiklə yarım çörək alardıq...Sadəcə bəzi üzdən iraqların əlinə fürsət düşüb , gözəl də dəyərləndirirlər...Filmlərə inanmırıq, boş şeydi deyib keçirik...Fakt onların ssenarisində olan vəziyyəti real olaraq yaşayırıq ... Nümunə olaraq : Vaxt gələcək dünya Безумный Макс filmində olan vəziyyətə düşəcək...
Qardaşım ürəyim doludu yazmaqla burada çatdırmaq olmaz. Qorxuram axırda Steemit qlavarı desin ki, bəsdi daha biraz nəfəs al... Sadəcə fikrimi konkretləşdirib belə deyə bilərəm. Qardaşım "De Necə Barışım Mən Bu Zamanla...?" Ramiz Təkani.

 3 years ago 

Allah bizə səbr verməsin!

Bu xalq hələ fil qulağında yatıb(

 3 years ago 

Allah özü rəhm eləsin bizə! Doğurdan xalqın vecinə deyil heçnə. Öz özünə qonşu kimi yanaşır.

Coin Marketplace

STEEM 0.16
TRX 0.14
JST 0.028
BTC 59511.68
ETH 2613.19
USDT 1.00
SBD 2.39