DƏMİRAĞAC - AMBURƏ DO

in Steemit Azerbaijan☪✔2 years ago

Məşhur Dəmirağac Talış bölgəsində bitən nadir bir ağacdır. Talışca Amburə do adlanır. Maraqlısı odur ki, bu ağac yanmır və onu suda batırmaq olmur. Dəmirağaca hətta çəkic ilə mismar vurmaq da mümkün deyil.
received_3163192184008076.jpeg

Dəmirağac Talış meşələrinin şahı sayılır. Bu ağac ümümdünya "Qırmızı kitab"ına düşüb. Adından da bəlli olduğu kimi, bu ağac dəmir kimi möhkəmdir və başqa ağaclardan fərqli olaraq suda batır. Elə materialının möhkəmliyi səbəbindən də bir vaxtlar maşınqayırmada və toxuculuq, xalçaçılıq dəzgahlarının düzəldilməsində istifadə edilib.
received_600920487906156.jpeg

Talış meşələrinin 5-6%-ni dəmirağac təşkil edir, bu ağac, əsasən dəniz səviyyəsindən 500-600 metr hündürdə yerləşən ərazilərdə yayılıb. Daha çox qarışıq tipdə olur. Belə ki, sırf dəmirağac meşələri çox az olur.

Dəmirağacın ən maraqlı xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, ağacın bir hissəsi çürüdükdə ağac tələf olmur və tam öz həyat gücünü saxlaya bilir, ağacın çürüməyən digər hissəsində yeni budaqlar da çıxa bilir. Qeyd edim ki, tikinti üçün əlverişsizdir. Çünki səthi hamar deyil və taxtasına su dəydikdə çox tez çürüyür.

Məlumat üçün bildirək ki, İsveçdən olan kimyaçı, mühəndis və dinamit partladıcısının ixtiraçısı, nəhayət milyonçu Alfred Nobel əvvəllər tüfəng istehsalı ilə məşğul olub. O, eşidir ki, dünyada yalnız Talış meşələrində bərk və dözümlü ağac bitir və bu ağacın oduncağından ən yaxşı və möhkəm tüfəng qundağı düzəltmək olar.

Nobel dəmirağacı Avropaya aparmaq arzusu ilə Azərbaycana gəlir. Lakin Bakıya gələn Nobel, burada fantan vuran neft quyularını görür. Nəticədə neft mədənlərinə sahib olur. Beləcə, cənub zonasında bitən dəmirağac milyonçu Alfred Nobelin həyatında dönüş yaradır.
received_1083814049047434.jpeg

Sort:  

Çox maraqlı bitkidir.))

 2 years ago 

Bəli.

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 63475.87
ETH 3121.13
USDT 1.00
SBD 3.87