ÇILƏ ŞƏV | ÇİLLƏ GECƏSİ | ŞƏBE YALDA

in Steemit Azerbaijan☪✔3 years ago

Çılə şəvon (Yelda) bud bıbu xosə Tolışon!
С праздником Шабе-Ялда!
Çıllə gecəniz mübarək!

Screenshot_20211222-104355_Facebook.jpg

Dini-fəlsəfi baxımından, məhz bu gecə (dekabrın 20(21) gecəsi) öz mübarək, pak Nurundan günəşi xəlq etmiş Rəbbimiz milyon illər boyu mövcud zülmətə son qoymaqla, külli-kainata (“Həyy” isminə müvafiq) Dirilik (Həyat) bəxş etdi...

20211222_103023.jpg

Qədim Zərdüşt dininin Avesta kitabında məhz bu gün, Günəşin xəlq etməklə (ŞəbeYalda=doğum gecəsi), Əhrimanı məğlub etmiş Ahura-Mazda şər (batil) üzərində xeyrin (haqqın) qələbəsini bərqərar etmişdir... Odur ki, ta qədim zamanlardan, insanlar, məxsusən də iran dilli xalqlar ilin bu ən uzun gecəsini ən möhtəşəm şəkildə qeyd etmişlər...

FB_IMG_1640147329620.jpg

Talışların bu gecəyə “Yolə Çılə” (“böyük 40-q”), Qışa – “Zımıston”, qarpıza – “zımıston+i” demələri və min illərdən bəri bu bayramı əzizləyərək qeyd etmələri də təsadüfi olmayıb, bilavasitə qədim Zərdüşti ənənələrinə bağlıdır... Məhz bu gecə, “Qızıl(qırmızı) Günəş” və Külli-Kainatın (o cümlədən, Yer kürəsinin) dairəvi hərəkətini xarakterizə edən Qarpızın dilim-dilim kəsilməsi də Qışın (40 gün (bunun da hikməti var)) soyuq keçməməsi naminə ritualı əks etdirir...

IMG-20211222-WA0011.jpg

Bu gecə süfrələrin nar və quru meyvələrlə də bəzədilməsi mühüm ritual olub, Allahdan növəti Qış günlərinin də (“Qədə Çilə”(1/2 x 40)+4 axır çərşənbə + Novruza) xeyir-bərəkətli keçməsini dua etməkdir ki, növbəti mövsümlərdə də sağlamlıq və nemət bolluğu olsun...

InShot_20211221_194146714.jpg

InShot_20211222_035349103.jpg

Sort:  
 3 years ago 

MAŞALLAH olsun. Buna "Tarixi-Nadir" əsərindən bir parça deyərdim👍 Qardaşım yazan əllərin hər zaman var olsun AMİN İNŞƏƏALLAH🤲

 3 years ago 

Təşəkkür edirəm əziz qardaş!

 3 years ago 

Buyur xoşdur 😊

Coin Marketplace

STEEM 0.20
TRX 0.14
JST 0.030
BTC 68228.72
ETH 3279.36
USDT 1.00
SBD 2.67