Yağışlar, bizə bu həsrəti bağışla.

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, sabahınız xeyir. Yağış, sevgi, həsrət, hicran. Göz yaşları.Ayrılıq. Göyün üzünü alan qara buludlar.

IMG_20211106_154251.jpg

İnsan oturduğu yerdə nələri fikirləşir. Nələrə anlam verir. Şahanə bənzətmələr edir. Yağışlı günlərdə həyət bacaya çıxmaq olmur, iş görmək olmur, insanın özü ilə bekarcasına baş başa qalmaq imkanları çox olur. Bu qədər bəsit. Şairləri, yazıçıları da qınamıram. Çünki çörəkləri o bənzətmələrdən çıxır:) Göy üzünün dağılan buludlarını artıq həll olunmaqda olan problemlərə - zada:)

IMG_20211107_100411.jpg

Bu il iqlim o qədər tərsə məzhəbdi ki. Yayda günlərlə yağış yağmadı. Ağaclar tamamilə quruyub sıradan çıxandan sonra başlaqı yağmağa. O şeirdəki kimi: "yağış yağar Muğana hey gərəksiz gərəksiz."
Yağış küçələrdə naxışlar çəkib. Bəzəkli, düzəkli.

IMG_20211106_154205.jpg

Kənd küçələrinin vizit kartıdı bu gölməçələr. Olmazsa olmazı. Küçələrə su səpmişəm, yar gələndə toz olmasın:)
Oxuduğunuz üçün təşəkkürlər.

Sort:  
Loading...

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.028
BTC 57431.51
ETH 3085.99
USDT 1.00
SBD 2.35