Tüstü duman kimi tutmuş şəhəri.

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir. Postun adındakı şəhər sözünü kənd sözü ilə əvəz eləmək lazımdır əslində. Hal hazırda kəndləri tüstü başına alıb. Hamı xəzəl odlayır.

Screenshot_20211203_131015.jpg

Dünən axşam televizorda İsmayıllının İvanovka kəndi haqqında bir veriliş gedirdi. Yadıma düşdü ki, bu kəndin elə bu payızda xəzəl odlamaq haqqında bir qızıl ənənəsi var. Kənd camaatı ümumi və ortaq qərara gəlib həyət bacanın xəzəldən təmizlənməsini bir günə salır. Yoxsa bizdə?) Artıq bir aydı ki, tüstü əlindən kəndə girmək olmur. Bütün paltarlardan, əşyalardan his iyi gəlir. Dədə Qorqud dastanındakı dağlarda işarə üçün tonqal qalayan oğuz tayfalarını keçmişik:)

Screenshot_20211203_131002.jpg

Yarpaq çürüntüsünün çox faydalı gübrə olduğunu da bilirik ha. Yəni bircə il quruyub tökülən yarpaqları yandırmayıb da, elə həyətdə, bağda saxlasaq təbiətimizə çox böyük yaxşılıq eləmiş olardıq.

IMG_20211203_085332.jpg

Zarafat bir yana. Tüstü həyatdı. Tüstü varsa, yaşayış var. Tüstünüz sönməsin.🖐️

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 63153.76
ETH 3045.02
USDT 1.00
SBD 3.97