Torpaq.

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, steemit ailəsi. Bu gün torpaqdan yazacağam. Əzəli əbədi məskənimiz olan torpaqdan. Gələcəyimiz, gedəcəyimiz yerimizdən, yurdumuzdan.

Screenshot_20210921_204536.jpg

Torpaq nə deyir, öldür məni, dirildim səni. İndi torpağın "öldürülən" vaxtıdı. Əkinimizi becərdik, böyütdük. Biçdik, götürdük. Zaman yetişdi yenidən şumlamağa.

Screenshot_20210921_204448.jpg

Bu yol haraya aparır bəs? Uzaqlarda bir kənd var. O kəndə gedir bu yol. Mənim doğma kəndimə. Yeri gəlmişkən, keçən il bir atın minnətinə kəndimizə yol çəkilməyinə nail olduq. Axır ki bizim də asfalt yolumuz oldu. Dünyanın rahatlığlndan bizə olsa haram olmaz ki?) Qayıdaq torpağımıza.

Screenshot_20210921_204521.jpg

Deməli bizim kəndin çox böyük əkin sahələri var. Sovet dövründə həmin sahələrdə həyat qaynayardı. Kombaynlar, traktorların səsindən qulaq tutulardı. Nənəm demiş, sonra xüsusiçilik dövrü başladı. Kəndli istəyir ki, əksin, becərsin. Amma kəndlinin buna vəsaiti yoxdu axı. Kəndlinin bircə ÜMİDİ var. Bir dəfə ona sahib çıxılacağına. Ona öz torpağını əkmək üçün şərait və dəstək olacağına. Gözləyək. ÜMİD sonda ölür. Ümidimiz ölməsin.
Oxuduğunuz üçün təşəkkürlər.

Screenshot_20210921_204503.jpg

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 63688.35
ETH 3125.30
USDT 1.00
SBD 3.97