Sabahınız xeyir.

in Steemit Azerbaijan☪✔3 years ago

Salam. Postumu bu şəkillə başlamaq istəyirəm.

IMG_20211130_044051.jpg

Günün hansı hissəsini ifadə etməyi özünüzdən asılıdır. İstərsəniz səhər olsun, istərsəniz qürub olsun. Əslində mövzum başqa idi. Əvvəlcə bunu məntiqi sualmı, əyləncəli sualmı şəklində təqdim edəcəkdim. Bəli, belə bir tablo ilə rastlaşmısınız.

IMG_20211128_204216.jpg

Şəkil yarımçıq çəkilib. İkinci sözün bir hissəsi yoxdu. Maraqlıdır, həmin hecanı necə tamamlayardınız? Cavablarınızı rəylər şəklində yaza bilərsiniz :)
Ümumiyyətlə, yollar boyunca, küçələrdə, meydanlarda maraqlı reklamlara, elanlara rast gəlmək olur. Onlar haqqında gələn postların birində yazmağı düşünürəm.
Küçələrdə bax beləcə yumrulanıb yatmış pişikləri harada görsəm çəkirəm.

IMG-20211128-WA0037.jpg

Bəlkə də yer üzünün ilkin və həqiqi sahibləri onlardır, biz gəlmələrik. Çox rahatdırlar və yeganə dərdləri qarınlarını doyurmaqdı. İnsanlar kimi, başqasından daha çox qazanmalıyam, daha yaxşı yaşamalıyam, nəyin bahasına olursa-olsun filankəsin irəli getməsinə mane olmalıyam kimi fikirləri yoxdur. Bir də kinləri yoxdur. Burdan qışqırırsan, vurursan, qovursan, oradan da çağırırsan qayıdıb gəlir. Çox şeylər var heyvanlardan öyrənməli. Hamınıza sevgi dolu bir gün ümidi ilə...

Sort:  
 3 years ago 

Nisyə təkər))

 3 years ago 

Bəlkə nisyə təndirdi?))

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 65046.03
ETH 3451.46
USDT 1.00
SBD 2.55