Kəndli olmaq.

in Steemit Azerbaijan☪✔last month

Salam, axşamınız xeyir. Bu gün kəndli olmaqdan yazacağam. Kəndli olmaq kim olmaq deməkdi? Yanaşmalar fərqlidi. Məsələn, şəhərlilərin gözündə dünyadan baş çıxartmayan, inkişafın bir küncündə itib batan zümrədi. Bir az sadəlövh, bir az avam. Mülayim, şəhərdən qonağı gələndə sevindiyindən uçan, bağının bağçasının meyvəsi zənbil zənbil şəhərlərə daşınan.
Bəs mənim fikrimcə kimdi kəndli? (özü də kəndlidi))
Kəndli ilk öncə bax beləcə bir çəpəri olandı. Çəpəri daha hündür, qalın olan kənd yerinin prestiji idi.

IMG_20211020_135610.jpg

Daha sonra bir kirəmit damı olandı. O kirəmitlər heç bilirsiniz necə ağırdı? Vaxtilə kənd evləri çox böyük olurdu. Toyları da çıxıb o damda eləyirlərmiş. Bunu ağlıma sığışdıra bilmirəm. Kirəmitləri söküb yerinə şifer döşədilər. İndi də onları ləgv edib bahalı dəmirlə örtürlər damları.

IMG_20211020_134540.jpg

Hə bir də kənd yerinin vizit kartı var. Bərk gedən kəndlilərin qapılarında olan sovet maşınları. Yıxılı evin dirəyidi bu maşınlar. Həm sərnişin, həm yük daşıyır.

IMG_20211020_134624.jpg

Bir də bizim yollara nə dözər? Kəndli asfalt yol görəndə sevindiyindən bilmir nə etsin. Daşlı yollarda maşın səni nehrə kimi atıb tutmadı, nə ləzzəti. Yollarımız düzəlir yavaş yavaş. Bahalı maşınları alıb altımıza qoymağın zamanı gəlir. Allah pul yetirsin:) Hələlik belə bir inəyimiz var))

IMG_20211020_133737.jpg

Coin Marketplace

STEEM 0.72
TRX 0.09
JST 0.074
BTC 55047.09
ETH 4124.73
BNB 609.48
SBD 7.14