#club5050 || Ot sezonu. Qışa tədarük. Otun qiyməti, ətin ləzzəti

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, dostlar. Bizim tərəflərdə sezondu. Otun sezonu gəlib. Bütün kəndə sahələrdədir, qışa tədarük edirik. Mal-qara üçün toplanan ot bol olmasa qışda ağzı göyə qalır adam. İnək də ot yeməsə adamın həyatını yeyir. Qışda ot presinin qiyməti qalxır kəllə-çarxa. Deməli, dostlar, otun qiyməti birbaşa olaraq ətin ləzzətinə təsir edir. Əgər otun qiyməti münasib olarsa, ətin də qiyməti normal olur və qazanlar qaynaya bilir. Beş manata nə qədər pres alıb inək yemləmək olar ki? Bir az da problem ölkə səviyyəsində qeydə alındı. Deməli, hökümət cənub bölgələrimizdə örüş sahələrini ləğv edərək pambıq sahələrinə çevirdi. Otlaq sahələri azaldığı üçün otun və ətin qiyməti uzağı altı aydan sonra yüksək dərəcədə qalxmalı idi və elə edə oldu.

WhatsApp Image 2022-06-04 at 21.09.42 (1).jpeg

Ot biçi vaxt bir az da kəndli leysan yağışlarından əziyyət çəkir. Otu üç-dörd dəfə yumasa ürəyi rahat olmur. Göylər də kəndliyə qənim kəsilib elə bil. Yağış tanrısı qurbanlar istəyir. Gah quraqlıq olur, gah da yağıntılı. Adam bilmir biçinə başlasın ya yox.

WhatsApp Image 2022-06-04 at 21.09.42.jpeg

Bir aylıq biçin zamanı kəndin ən acınacaqlı və işgüzar günləri olur. Evdə, rayonda, kənd mərkəzində kimisə tapmarsan, hamı iş dalınca, ot biçdirməkdə, pres bağlatmaqda, maşın axtarıb otunu quraqlıq yerlərə yığmağa tələsir. Həqiqətən böyük bir dönəmdir ot biçini. İnsanlar iki-üç ay işlərini ot biçini üçün ayarlayır. Biz də hamı kimi sahələrdəyik. İş insanın cövhəridir. Ot biçini isə insanın cövhərini də çıxarır.

WhatsApp Image 2022-06-04 at 21.09.43.jpeg

İldə dörd dəfə biçin etmək üçün yonca adlı bitkidən istifadə olunur. Həm də heyvanlar onu daha həvəslə yeyir. İndi bütün sahələri yonca etmək lazımdır. Bir az maliyyə lazımdır ki, kəndə heyvandarlığı yaxşı səviyyəyə çatdırasan. B planı qurmaq lazımdı.

my youtube channel

photo by @khagani

#steemexclusive #photography #life #steemitazerbaijan #tr

Coin Marketplace

STEEM 0.17
TRX 0.12
JST 0.028
BTC 55629.86
ETH 2914.29
USDT 1.00
SBD 2.28