🦽😥Club5050 // Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Çaqqallar vadisi

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Biri kənddəə eşitsə ki, mən Steemitdə nəsə yazıb paylaşıram, deyərlər, bekar qalmısan, gedib ondansa qoyuna-quzuya bax, bəlkə nəsə əldə edərsən. Düzü Steemitdə də nəsə əldə etməmişəm, elə foto çək, kəndən maraqlı nələr olsun deyə-deyə qardaşım başımı bişirir, ay sonunda "bəs nə qazandıq" deyirəm, deyir, səbr elə yaxşı olacaq. Səbr edən dərviş muradına ərmiş misalı, səbr edən dərviş səbrindən gəbərmiş. Day kənddə çəkmədiyim bir şey qalmayıb, əsən, çoşan, qaçan, duran nə varsa çəkmişəm.

WhatsApp Image 2022-05-06 at 22.29.59.jpeg

Gördüm Steemitdən nəsə gəlmir, bir ara meyil etdim Youtube üçün videolar çəkməyə. Açığı ora da pul qazandırmasa da babat baxış tutuzdurmuşam, elə verilən like-lərə, baxılan baxışlarla ovunub gedirəm. Videom var ki, 10k baxış alıb. Bizim tərəflərdə axşam vaxtlarında çaqqalar ulaşır, mən də bunu çəkib paylaşmışam. Ölkənin on min insanı çaqqal uşmasına niyə baxısın ki? Niyə dinləsin ki? Maraqlı temalar olsa, sözüm yoxdur, çaqqal ulaşması bir az düz gəlmir. Bizim kəndin uşaqları Kurtlar Vadisinin fonunda nəsə nəsə gen gəzəndə, mən də çaqqal ulaşması videomu səsləndirirəm ki, çox da şey eləmiyin. Burda geniş yazılar yazmağı planlayıram, bəlkə sözlə anlada bildim bizim kəndin hallarını, video və foto yaramır deyəsən.

WhatsApp Image 2022-05-06 at 22.21.29.jpeg

Şəhər uşaqları bilməz, bunun adı eşşək qanqalıdır, təzə-təzə çıxanda yeməli olur, sonra eşşək də eşşəkliyi ilə onu yemir, adının da ordan götürüldüyünü etmal etmək olar.

Kənddə saxlamadığım heyvan qalmayıb, demək olar ki, nəsli kəsilmiş dinozavrdan başqa hər şey saxlamışam. İndi də keçmişəm dovşan biznesinə, dovşanlar özlərini yaxşı aparsalar aksesuar kimi satacam. Ümumiyyətlə insan çox qəribə məxluqdur, öz zövqü üçün ağlına nə gəldi edir. Bəzi heyvanları evdə saxlmaq kimi. İnsan haqları yaradıldığı kimi gərək ortaya bir-iki ağıllı heyvan da çıxıb heyvan haqları təşkilatı yaratsın. Təkamül etməli çox şeylər var. Qoyunlar o təşkilatda söz sahibi olmalıdır, eyni bizim haqlarımızı qoruyanlar kimi.

New Project (4).jpg

Sayları çoxalıb. Yaxın zamanda göyərti üzünə həsrət qalacayıq. Avstraliyaya dövşan gətirilməsi temasını bilirdiz?

WhatsApp Image 2022-05-06 at 22.32.20.jpeg

Sonda o çaqqal uşalması videosunu qoyum qulaq, asıb rahat yatın.

Sort:  
 2 years ago 

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

 2 years ago 

😀 bir dənə biz qalmışdıq qağa bu çaqqal ulaşmasına baxmayan. Onu da burdan izlətdin. Əla məzəlu duzlu cümlələrlə yaratmısan blogu.

 2 years ago 

Təşəkkürlər, qardaş.

Coin Marketplace

STEEM 0.15
TRX 0.15
JST 0.028
BTC 53776.88
ETH 2232.91
USDT 1.00
SBD 2.30