Baş rolda özüm.

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

İlk yazımı özümə aid olan film sahəsi ilə əlaqədar yazmaq istədim.Sonra düşündüm ki,ilk olaraq özümü oxuculara təqdim edim.
Mən Rəhimov Kərim rejissor,ssenarist və montajor kimi fəaliyyət göstərirəm.İyirmidən çox qısametrajlı filmlərim var.

IMG_20210708_232933.jpg

Hər bir işdə uğur qazanmaq üçün çalışmaq lazımdır.
Mən də ilk olaraq bir iki dəqiqəlik həvəskar videolar çəkərək başladım.

IMG_20210708_232448.jpg

İllər ötdü artıq festivallara qısa film çəkərək qoşulmaq qərarına gəldim.
İlk dəfə "Bakı Oskarı" adlı festivala qoşuldum.Festivalın qaydalarına görə 70 film içindən finala sadəcə 10 film seçiləcəkdi.Qalib olmadım amma finala vəsiqə qazandığıma görə diplomla mükafatlandırıldım.Dayanmadan öz üzərimdə işləməyimin nəticəsiz qalmayacağına inanırdım.

IMG_20210708_235708.jpg

IMG_20210708_232407.jpg

İdeyalarımın daha dərin olması üçün kitablar oxuyurdum.Çəkiləcək səhnələri öncədən düşünürdüm və mənim imkanlarıma görə düşündüklərimi maksimum dərəcədə gözəl lentə almağa çalışırdım.Bunun üçün çoxlu filmlər izləmək lazım idi.Tanınmış eyni zamanda tanınmamış rejissorların,ssenaristlərin və montajorların işlərini izləyərək bəzi səhnələrdə olan hissləri izləyicilərə çatdırmaq qaydasını mənimsəməyə çalışırdım.

IMG_20210709_003908.jpg

IMG_20210709_003858.jpg

Film çəkmək mənim üçün bu işə olan xüsusi sevgimdir.Hər nə qədər çox işləsəm belə yorğunluq hiss etmirəm.Çalışıram ki, bütün heyyət çəkiliş məkanında olduqları son ana qədər maksimum dərəcədə çoxlu rakruslardan kadrları çəkim.Bu həm çəkilən qısametrajlı filmin keyfiyyətinə və montajorun işinin gözəl alınması üçün vacib məsələlərdən biridir.
2020 ci ildə "Booktrailer" festivalı üçün çəkdiyim və 3 cü yerə layiq görüldüyüm videonu izləməyiniz üçün yerləşdirdim.

"Erməni zindanında səkkiz gün" kitabı.
Əsir olan Dürdanə Ağayeva cəhənnəmi bu dünyada görən,əsir olduğu hər dəqiqə ölmək üçün Allaha yalvaran bir qadındır.Gənc rabitəçi qız Dürdanə Ağayeva,gözünün gördüyü, şahid olduğu və başına gələn o qaranlıq gecəni və unudulmaz Xocalı Soyqırımını dünyaya tanıtdırmağa çalışır.
İnsan keçmişi ilə deyil gələcəyini düşünüb yaşayır, ancaq keçmiş heç vaxt unudulmur.
Nəyi xatırlasan keçmiş insan gözündə hər bir zaman filmdir.O keçmiş günləri, əzab əziyyətləri də mən heç zaman unutmayacam.Çünki, mən hələ də keçmişlə yaşayıram."

Sort:  
Loading...

Xoş gəldiniz. Qrupumuzda rejissorun olması möhtəşəm hadisədi)

Təşəkkür edirəm.

 3 years ago 

Kərim, səni buralarda görmək çox xoşdur. Bu topluluqda olan insanlar sənin gördüyün işləri, çəkdiyin filmləri daha yaxından tanıya bilmə imkanı əldə edəcək, ümid edirəm ki, mütəmadi fikirlərini yazılar, bloglar qaydasında bizimlə bölüşəcəksən. Sənə Steemit Azerbaijanda da uğurlar arzulayıram.

Çox sağol qardaşım.Ümid edirəm maraqlı oldu.😀

 3 years ago 

Gözəl giriş yazısı idi, daha yaxşıları da olacağına əminəm.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60268.51
ETH 3201.96
USDT 1.00
SBD 2.43