Qarabağa həsr olunan ilk video

Bu gün saat 21:00 da Azərbaycanın Qarabağ klubu səfərdə İsrailin Ashdod klubu ilə avropa konferans liqası çərçivəsində 2 ci turun cavab oyununa çıxacaq.
İlk oyun Bakıda 0-0 olub.Qarabağa uğurlar arzu edirəm.
Futbol ilə başlamağımın bir səbəbi var.Bir neçə il olar gözəl bir ideya ağlıma gəldi.Günlərlə üzərində işlədim və ssenariləşdirdim.Nəyi necə edəcəyimi beynimdə düşünürdüm.Hər şeyi hazır etdim və sonra Qarabağ futbolçularının özlərini çəkmək gözəl olardı deyə düşündüm.Bir neçə futbolçu ilə əlaqə saxladım,Qarabağın rəsmi səhifələrinə yazdım ancaq cavab verən olmadı.Sonra plan B ni düşündüm.Artıq mən bunu etməli idim.Hər işğal olunmuş torpaqların adını çəkmək üçün qızlar və oğlanlardan ibarət kollektiv yığdım.

IMG_20210729_175212.jpg

IMG_20210729_175155.jpg

IMG_20210729_175418.jpg

Bu işi Heydər Əliyev mərkəzinin arxasındakı 2 ci parkda (Konqres mərkəzi) bir günə çəkdik.Oranın mühafizəsi gəlib xəbərdarlıq etdi ki, çəkiliş olmaz amma buna baxmayaraq bir təhər çəkdik.Sonra bir neçə günə montaj etdim.Nəticədə gözəl bir video ərsəyə gətirdik.

IMG_20210729_175238.jpg

IMG_20210729_175431.jpg

IMG_20210729_175226.jpg

IMG_20210729_175440.jpg

Əslində mən bu video çarxı futbol klubuna həsr eləmək fikrində deyildim.Bu videoda Qarabağ klubunun əslində dünyaya Qarabağ adını duydurmaq,işğal olan torpaqları daim yadda saxlamaq,hər oyunda azərbaycanlı futbolçuların çiyinlərindəki yükü göstərmək və Qarabağ bizimdir şuarını düşmənlərə çatdırmaq məqsədimiz var idi.Sonradan həm AFFA ya həm Qarabğın rəsmi saytlarına,həm Azərsun şirkətinə və eyni zamanda bütün azərbaycan tv lərinə videonun daha geniş yayılması və yayımlanmsı üçün qeyd olunan hər bir ünvan email vasitəsi ilə müraciət göndərdim.Heç kəsdən səs çıxmdı.
Qarabağ klubu çempionlar liqasına çıxanda bizimkilər mənim videomun eynisini çəkərək tvdə yayımladı.Bu da mənim ideyamın oğurlanaraq tanınmış simalarla çəkilən yeni versiyasından başqa bir şey deyildi
Qeyd edim ki, aşğıda izləyəcəyiniz rejissoru,ideya müəllifi,ssenaristi və montajoru olduğum bu video çarxı jurnalist Rahil Sayadoğlu ARB tvdə öz verilişində ilk dəfədir yayımladı.

Sort:  
 3 years ago 

MAŞALLAH olsun..Çox möhtəşəm..Amma hadisə çox acınacaqlıdır..Videoya baxdıqca, AZƏRBAYCANLI olduğuma görə çox qürur duyuram, amma bəzi "ÜÇ NÖQTƏ"-lərə görə çox utanıram...Çox heyifki....

 3 years ago 

Çox gözəl iş çıxarmısan və klub olaraq sənin ideyanı oğrayıb bunu ediblərsə kişilikdən deyil. Amma bu arada Rahil həqiqətən ürəhdir. Onun qədrini bilmək lazımdır, sənin də.

Bəli. 44 günlük müharibə sübut etdi ki, Azərbaycan ən kiçik hüceyrəsinə qədər Qarabağdır.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59876.72
ETH 3191.77
USDT 1.00
SBD 2.43