Kitab və video

IMG_20210726_200303.jpg
Kitab oxumaq insanın nitqinin formalaşmasında və düşüncə tərzinin genişlənməsində böyük rol oynayır.Bir neçə ildir ki, Bakıda kitabın treyleri adlı festival keçirilir.Hər il çalışıram o festivala oxuyub bəyəndiyim kitabın treylerini çəkim.Ən gözəli odur ki, bu festivalda ancaq azərbaycanlı yazarların kitablarına video çəkmək lazımdır.

IMG_20210726_200329.jpg

Bir neçə il bu festivalda iştirak etmişəm.Qaliblər sırasında da olmuşam.Təxminən 3 il əvvəl Elxan Qaraqanın - Bir milyon dollarım olsaydı adlı kitabına treyler çəkmişdim.Düzdür gözlənilən nəticəni əldə etməsəmdə istəyimi gerçəkləşdirdim və beləliklə hər il davamlı olaraq festivala çəkib videoları göndərərək qalib olmağa daha yaxın olurdum.

IMG_20210726_200317.jpg
Çəkiliş prosesi haqqında çox şey danışmaq olar.Uzun uzun danışmaq və Sizləri yormaq istəmirəm.Videonu yerləşdirirəm izləyin və fikirlərinizi bölüşün.

Sort:  
 3 years ago 

Bu videonu izləmişdim, fikirimi də bildirmişdim. Yenidən bu haqda yazını Steemitdə görmək xoş oldu. Yeni-yeni işlərini burda təqdim etmək ümidi ilə.

Əslində mən bir neçə post paylaşmışdım.Sonra anladım ki, sırf burda paylaşmalıyam öz səhifəmdə yox) Nəisə artıq start verdim)

 3 years ago 

Bizim qrupda paylaşılmayanda biz onu görə bilmirik. Mütləq sənin səhifənə girib baxmalıyıq. Bu da hər zaman mümkün olmur. Steemit Azerbaijanda paylaşsan hamı görəcək postları.

Anladım.Təkkür edirəm.

Raskolnikov sələmçi qadını öldürəndə dünyanı bir mənfi insandan xilas edəcəyini, özünün də şad xürrəm yaşayacağını düşünürdü. Amma içindəki vicdanının səsi onu yaşamağa qoymadı. İnsanların çoxu qorxularına, "vicdanlarına" tabe olur. Bəzən qarşılarındakı günahkarların da vicdan yükünü daşıyıb sonda məhv olurlar...

👍👍👍👍

Video niyəsə mənə "vicdan" faciəsini xatırlatdı.

Tam razıyam.Əslində müəllif kitabda baş qəhrəmanı salit təbiətli və əfəl kimi göstərmişdi.Ümumiyyətlə sonu düşünəndə Sizinlə razıyam.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59876.72
ETH 3191.77
USDT 1.00
SBD 2.43