Ailə nədir? || Övladlarımızın gələcəyi naminə atacağımız addımlar

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Ailə iki nəfərin qarşılıqlı razılığı əsasında qurulmuş ittifaqdır. Bu ittifaq zamanla dünyaya yeni insan gətirmək üçün nəzərdə tutulub.

pexels-emma-bauso-2253879.jpg
Link to Photos

Gəl gör ki, insanlar bu modeli necə iyrəncləşdiriblər. Dünyadakı digər xalqlar və adətlərlə işim yoxdur, amma Azərbaycan reallığında ailə qurmaq üçün təkcə sənin fikrin önəmli deyil. Sənə barmaqla göstərilən qızla ailə qurmalısan(və yaxud oğlanla). Təkcə sən ailə qurmursan. Bu ittifaqa müdaxilə edən kifayət qədər qohum əqrəba var. Fərdlərin qarşılıqlı münasibəti yaxşıdır, ya pisdir, bu qalır qıraqda, onların qarşı tərəfin qohumları ilə olan münasibətlərinə də aksent qoyulur.

Aha oxuya-oxuya düşünə bilərsiniz ki, axı hamı belə deyil. Sizinlə razıyam hamı belə deyil. Bu yaxınlarda tanış olduğum bir şəxs 3 dəfə rəsmi olaraq ailə qurub və boşanıb. Hal hazırda 3-cü ailə ilə xoşbəxt yaşayır. Tanıdığım onlarla insan ikinci dəfə ailə qurub və xoşbəxtdir. Mən boşanmağın təbliğatçısı deyiləm, amma əgər ailədəki fərdlərin biri, və ya hər ikisi bu ittifaqdan narazıdırsa, hansı ki səbəblər çox müxtəlif ola bilər: sevgi bitib, və ya əvvəldən olmayıb və.s Belə olan halda, fərdlərin biri digərindən daha sürətli inkişaf edir, qarşılıqlı anlaşılmazlıq yaranır, sadəcə uşaqlara görə bir yerdə qalmağa qərar verirlər.

pexels-vidal-balielo-jr-1682497.jpg
Link to Photos

Sadalanan misallardan ən dəhşətlisi uşaq temasıdır. Bunu əsasən qadınlar edir, amma təcrübəmdə kişilərin də etdiyinin şahidiyəm. İllər öncə, aşiq olduğu xanımla evli ola-ola yenidən eşq yaşayan bəy ayrılmaq qərarı verir. Mənə məsləhət üçün müraciət edəndə tamam çıxılmaz vəziyyətdə idi, çünki hər şeyi atıb sevdiyi xanıma qovuşmağı arzulayan bəy yeni xəyanətlə alt-üst olmuşdu. Sevdiyi qadın evli idi və özü də boşanacağına ümid versə də, fikrindən daşınmışdı. Arada maddi narazılıqlar da başladığı üçün qərar dəyişmişdi.

Bu bəyə ilk tövsiyəm hər halda ayrılmaq idi, çünki əgər ailədə harmoniya olsaydı, zatən bu çat yaranmazdı. Amma o ailə əvvəlki 2 qıza daha bir bacı dünyaya gətirməklə davam etməyə başladı.

Yenə də təkrar edirəm. Mən boşanma təbliğ etmirəm, amma o 3 uşağın xoşbəxtsiz( bu qızımın ifadəsidir, çox xoşuma gəlir) ailə ortamında böyüməsindənsə, hər iki valideynin ayrılıb öz sevdikləri insanla yaşayaq o uşaqlara xoşbəxt ailə modelini doğrudan göstərməkləri daha düzgün olmazdımı ? Axı nə üçün bu sərhədlər çəkilmiş insan beyinləri kirəcləşib?

pexels-cottonbro-4098209.jpg
Link to Photos

Dahabir keysdə narazı olan xanım idi. Yenə mənə məsləhət üçün müraciət etdi. O ailədə də 2 qız uşağı böyüyürdü. Sevgi bitmişdi (bəlkə də, əvvəldən olmamışdı, sadəcə ailə tövsiyəsi ilə evlilik idi). Rutin həyat isə çox sıxıcı və əziyyətli (ailənin digər fərdlərinin basqısı var idi ) idi. Xanıma tövsiyəm, təbii ki, ayrılmaq oldu.

Ümumiyyətlə, anlamaq lazımdır ki, ailə ittifaqı 2 nəfərdən ibarətdir": ər və arvad. Əgər bu fərdlər qarşılıqlı anlayış, sevgi, hörmət şəraitində yaşamırlarsa , ailənin qorunması üçün eyni payda səy göstərmirlərsə, o zaman bu ittifaqı sürdürməyin faydası yoxdur. Xanım mənim məsləhətimə əməl etmədi. Dünyaya 3 cü qızını gətirdi. Uşaq müəyyən zaman üçün sevgi illüziyası yaratdı. Sadəcə bu qədər. 4 il sonra xanım ayrılmaq fikrinə düşüb. Gecdir demirəm, amma daha bir uşağın taleyi ilə oynamaq nəyə lazım idi ?

Daha bir keysdə isə ailədə 3 qız uşağı böyüyür. Ər və arvad qarşılıqlı anlaşa bilməsələr də, bu ittifaqı candərdi davam edir. 40 ilə yaxın sürən bu evlilikdən ən çox əziyyət çəkən məhz o 3 qız uşağı olur, çünki xəstə ailədə böyüyən uşaqlar öz ailə həyatlarında da analoji xoşbəxtsizliyi yaşayırlar. Axı uşaqlar yaşamağı valideynlərindən öyrənirlər. Əgər saxta ailədə böyüyürlərsə, o saxtalığı analiz etmək qabiliyyətləri olmur və bunu proyeksiya olaraq öz həyatlarına köçürdürlər.

Digər bir keysdə ailədə 4 uşaq böyüyür. Eyni xoşbəxtsiz ailə mühiti və intihar edən bir övlad, boşanmış ikinci övlad, problemli ailə həyatı olan bir övlad və ailə qurmaqdan imtina edən daha bir övlad. Səbəb isə uşaqların ailədə sevgisiz mühitdə böyüməsidir.

Daha bir keysdə fərdlər biri-birini sevmir. Ailə tövsiyəsi ilə ailə qurulub və ailədə 3 övlad var. Kişi özünü unutmaq üçün həyatını tamamilə işə həsr edib. Qadın da öz növbəsində xoşbəxtsizdir və üstəlik ərinin diqqətsizliyinə ciddi cəhdlə haqq qazandırır. Məni düşündürən isə yenə də ailədə böyüyən 3 uşaqdır.

pexels-cottonbro-4098224.jpg
Link to Photos

Belə misallar nə qədərdir, və bu misallardan nəinki məqalə, hətta kitab yazmaq olar. Birdəfəlik anlamaq lazımdir ki, uşaqlar üçün sevgisiz bioloji valideyndənsə, sevgi dolu yad insan daha xeyirlidir.

Valideynlər, oyanın. Övladlarınızı sevgisiz mühitdə böyütməklə onlara qətiyyən yaxşılıq etmirsiniz. Əksinə bu eqoistlikdir. Və gün gələndə siz onlara "sizə görə ayrılmadıq deyəndə" ən yaxşı halda üzünüzə tüpürəcəklər. Buna tamamilə mənəvi haqqları var. Siz “uşaqlara görə ayrılmıram” bəhanəsi ilə özünüzü aldadırsınız. Üstəlik uşaqlarınıza qurban psixologiyası aşılayırsınız və onlardan sabah “mən sənə görə özümü , həyatımı qurban verdim sən isə nankor övlad “ tipində münasibətə zəmin yaradırsınız.

pexels-pixabay-39691.jpg
Link to Photos

Halbuki fərdlər ayrılsa və özlərinə uyğun sevdikləri adamla ailə quranda ( bu lap başından olsa, daha yaxşı olardı. amma nə edək. kasıbın olanından ) beləcə, təbii ki, uşaqlar öz analarının və atalarının ayrı-ayrılıqda xoşbəxt olduğu mühitdə o ailə modelini mənimsəyəcək. Belə keyslər də var axı. Ögey atası ilə böyüyən qız ona və doğma atasına qətiyyən fərq qoymur. Hətta ögey atasına ona həyatı doğru biçimdə öyrətdiyi üçün daha artıq minnətdar olduğunu dilə gətirməkdən çəkinmir.

Valideynlər , bir daha rica edirəm, bu yazını oxumaq xatirinə oxumayın! Əgər ailənizdə yuxarıda sadalan durumlardan biri, və ya bir neçəsi varsa partnyorunuzla bunu diqqətlə müzakirə edin. Əgər hər ikiniz bu durumu düzəltmək üçün enerji və zaman xərcləməyə hazırsanız, o zaman haydı, psixoloji yardım istəməkdən çəkinməyin və övladlarınızın gələcəyini xilas edin. Yox, əgər ikinizdən biriniz bundan imtina edirsə, o zaman ayrılmaqdan çəkinməyin. Ömrünüzdə ilk dəfə övladınızın, həqiqətən, xeyrinə olan bir qərar qəbul edin. O uşaq anlasın ki, yalan dünyada yaşamaq üçün heç bir məcburiyyət yoxdur, çünki uşaqlar bu barədə çox həssasdır!

Oxuduğunuz üçün çox təşəkkür edirəm! :)

Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:

Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59708.78
ETH 3185.76
USDT 1.00
SBD 2.45