Yeməli domino

in Steemit Azerbaijan☪✔3 years ago

Loğmandan soruşublar ki, yeməyi nə vaxt yemək məsləhətdi? Cavab verib ki; Varlı acanda, kasıb tapanda). Bu günün "yeməli" mövzusu var.
Pizza —dünyanın ən sevimli fast food yeməklərindəndir. Biz hər yerdə yemək yeyirik - evdə, restoranlarda, küçədə. Təkcə ABŞ-da hər il təxminən üç milyard pizza satılır, adambaşına orta hesabla 46 dilim düşür.

home_started_pizza.jpg

1950-ci illərdən etibarən ABŞ-da iqtisadi və texnoloji dəyişikliklərin sürətli tempi Pizzadan da yan keçmir. Çox sahədə dəyişikliklər olduğu kimi bu biznes sahəsindəd də dəyişikliklər baş verdi. İki dəyişiklik diqqətəlayiqdir. Birincisi, pizzanın "evləşdirilməsi" idi. İnsanların gəlirləri artdıqca, soyuducu və dondurucular getdikcə çoxaldı "asan və əl üstü" qidalara tələbat artdı. Bu da öz növbəsində dondurulmuş pizzanın yaranmasına səbəb oldu. Hazır qidaları evə aparıb istəyə görə bişirmək reseptdə dəyişiklik tələb edəcəkdi. Üzərinə böyük pomidor dilimləri qoymaq əvəzinə, bu dəfə tomat sosları hazırlandı, beləliklə, sobada bişirmə zamanı xəmirin qurumasının qarşısı alınmış oldu, həm də donmaya davamlı yeni pendirlərin meydana çıxmasını gərəkdirdi.

COPERTINA-DOMINOS.jpg

İkinci dəyişiklik pizzanın "kommersiyalaşdırılması" idi, yəni servis. Avtomobillərin və motosikletlərin mövcudluğunun artması ilə müştərilərin qapısına təzə bişmiş yeməklər çatdırmaq mümkün oldu və pizza verilən ilk yeməklər arasında idi. 1960-cı ildə Tom ve James Monaghan, Michigan'da ‘Dominik’s’i qurdular və sürətli çatdırılma ilə şöhrət qazandıqdan sonra bütün ölkə daxilində 'Domino's' adlı şirkətlərini genişləndirdilər. Bu markaya bu gün dünyanın demək olar ki, hər yerində rast gəlmək olar.
Paradoksal olaraq, bu dəyişikliklərin təsiri pizzanı həm daha standartlaşdırdı, həm də yerləşdiyi yerə, ölkəyə uyğunlaşmasına səbəb oldu. Yəni ki Pizzanın forması - dəyişmıdın standart şəkildə qalsa da, dəyişməsə də, yerləşdiyi məkana görə, müştərilərin yeniliyə olan ehtiyacıları, hər zamankından daha mükəmməl çeşidlərin təklif edilməsi ilə nəticələndi. Məsələn, Polşadakı Pizza Hut

1900x1427.jpg

ədviyyatlı "Hint" pizzasını, Yaponiyadakı Domino's pizza isə demək olar ki, hər şeydən ibarət olan "Elvis" pizzasının

3848524.jpg

meydana gəlməsinə səbəb oldu.
Nə qədər yeniliklər, dəyişikliklər edilsə də pizza elə pizza olaraq qalır.

İmage

İmage

İmage

İmage

Sort:  
 3 years ago 

Qardaş,sən bu pitsanı elə təriflədin ki,ürəyim pitsa istədi))))

 3 years ago 

Ondan asan nə var ki qardaş. İstədiyin pizza olsun, sən vaxt elə))

 3 years ago 

Əvvəl "Bibər Pizza" bazarın yanında olanda tez-tez ailəvi otururduq orda.Şəraiti çox xoşumuza gəlirdi.İndiki yeri nəsə heç ürəyimizə yatmır...

 3 years ago 

Hə, həm yeri rahat idi həmdə şəraiti də münasib idi. Təzə yerlərindən xəbərim yoxdu jardadı.İndi domino's da sifariş edirəm.

 3 years ago 

İndi parladı.Göyərçin tərəfdə.Orbitanın yanında.

 3 years ago 

Təşəkkür qardaş.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60122.55
ETH 3199.29
USDT 1.00
SBD 2.43